2024-2025-ci tədris ili üzrə Fakültənin Elmi Şurasının iş planı

1-ci iclas - sentyabr 2024-cü il

  1. 2024-cü il yay məktəbinin nəticələri barədə məlumat
  2. 2024-2025-ci tədris ilinə hazırlığın (sillabusların təsdiqi, dərs yüklərinin bölünməsi, dərs cədvəllərinin tutulması), qarşıda duran vəzifələrin müzakirəsi;
  3. Fizika fakültəsi Elmi Şurasının iş planının müzakirəsi və təsdiqi;
  4. 1-ci kursa qəbulun nəticələri barədə məlumat;
  5. Açıq dərslər və elmi seminarların təşkili məsələlərinin müzakirəsi.

 

2-ci iclas - oktyabr 2024-cü il

  1. İxtisas fənlərindən imtahan suallarının tərtib olunması vəziyyəti haqqında;
  2. “Fizika” ixtisası üzrə bakalavr buraxılış işlərinin və magistrantların dissertasiya işlərinin mövzularının və elmi rəhbərlərinin təsdiqi;
  3. 2024-cü il üçün mühüm elmi nəticələrin Elmi Şuraya müzakirə üçün təqdim olunması.

 

3-cü iclas - noyabr 2024-cü il

  1. 2024-2025-ci tədris ilində tədris və istehsalat təcrübələrinin təşkili ilə bağlı işlərin vəziyyəti;
  2. Bakalavr buraxılış işlərinin mövzularının təsdiqi;
  3. Elmi fəaliyyət üzrə kafedra müdirlərinin hesabatı;
  4. Elm və təhsil nazirliyinə təqdim olunan elmi-tədqat işlərinin mühüm nəticələrinin təsdiqi.
  5. Fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantların dissertasiya mövzularının və rəhbərlərinin müzakirəsi və təsdiqi.

 

4-cü iclas - dekabr 2024-cü il

  1. Qış imtahan sessiyasına hazırlıq məsələlərinin (dərs jurnallarının doldurulması, tələbələrin semestr göstəricilərinin bazaya vurulması, imtahan cədvəllərinin, biletlərinin hazırlanması, koordinatorların və imtahan rəhbərlərinin müəyyənləşdirilməsi) müzakirəsi, bu istiqamətdə rəhbər sənədlərin icrası ilə bağlı görülməli işlər barədə məlumat;
  2. Doktorant və dissertantların attestasiyası.

 

5-ci iclas - yanvar 2025-ci il

  1. 2024-cü ildə görülmüş elmi-tədqiqat işlərinin nəticələri üzrə hesabatın və 2025-ci ildə elmi-tədqiqat fəaliyyətinin təşkili üzrə vəzifələrin müzakirəsi
  2. Fizika fakültəsinin 2024-cü ildə sosial istiqamətdə fəaliyyətinə dair hesabatın və 2025-ci il üçün planının müzakirəsi və təsdiqi
  3. Fizika fakültəsi Tələbə Elmi Cəmiyyətinin, Tələbə Gənclər Təşkilatının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Könüllülər təşkilatının 2024-cü il üçün hesabatlarının və 2025-ci il üçün iş planının müzakirəsi və təsdiqi.

 

6-cı iclas - fevral 2025-ci il

  1. Qış imtahan sessiyasının nəticələrinin müzakirəsi;
  2. Açıq dərslər və elmi seminarların təşkili məsələləri;
  3. “Gələcəyin alimləri” adlı tələbə elmi konfransı və “Fizika və astronomiya problemləri” adlı magistrantların və gənc tədqiqatçıların elmi konfransı barədə məlumatlandırma.

 

7-ci iclas - mart 2025-ci il

  1. “Gələcəyin alimləri” adlı tələbə elmi konfransına və “Fizika və astronomiya problemləri” adlı magistrantların və gənc tədqiqatçıların elmi konfransına hazırlıq məsələlərinin müzakirəsi;
  2. Kafedraların illik hesabatlarının müzakirəsi.

 

8-ci iclas - aprel 2025-ci il

 Buraxılış işlərinin, magistrantların və dissertantların dissertasiya işlərinin yerinə yetirilmə vəziyyətinin müzakirəsi;

  1. Doktorant və dissertantların attestasiyası;
  2. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tələbələr arası Respublika olimpiadasının keçirilməsi haqqında.

 

9-cu iclas - may 2025-ci il

  1. Yaz imtahan sesiyası ilə bağlı təşkilati işlərin (dərs jurnallarının doldurulması, tələbələrin semester göstəricilərinin bazaya vurulması, imtahan cədvəllərinin, biletlərinin hazırlanması, koordinatorların və imtahan rəhbərlərinin müəyyənləşdirilməsi) müzakirəsi, rəhbər əmrlərdən irəli gələn vəzifələrin müəyyənləşdirilməsi;
  2. Bakalavriat səviyyəsi üzrə IV kurs tələbələrinin və II kurs magistrantlarının elmi-tədqiqat, elmi-pedaqoji və istehsalat təcrübələrinin yekun müzakirəsi;
  3. Yekun Dövlət Attestasiyasının keçirilməsi ilə bağlı təşkilati məsələlərin müzakirəsi.

 

10-cu iclas - iyun 2025-ci il

  1. Fəlsəfə doktoru proqramı üzrə qəbul prosesinin başlanması ilə bağlı imtahan komissiyalarının tərkibi və saytda fənn proqramlarının yerləşdirilməsi məsələlərinin müzakirəsi.

  

11-ci iclas - iyul 2025-ci il

  1. Yaz imtahan sesiyasının yekun hesabatının müzakirəsi və qiymətləndirilməsi;
  2. Yekun Dölət Attestasiyasının nəticələrinin müzakirəsi, qiymətləndirilməsi və təsdiqi;
  3. Tədris ilinin yekünu ilə bağlı fakültə dekanının hesabatının müzakirəsi və qiymətləndirilməsi;
  4. 2025-ci il yay məktəbinin təşkili ilə bağlı vəziyyətin müzakirəsi;
  5. 2025/2026-cı tədris ili üzrə dərs yükü bölgüsünün müzakirəsi.

 

Qeyd: Elmi Şuranın iclaslarında vacant yerlərin tutulması üzrə seçkilərin keçirilməsi (vakant yerlər barədə elanın verilmə tarixindən asılı olaraq) və cari məsələlər daxil oluna bilər.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət