QISA BİOQRAFİK MƏLUMAT
14 mart 1984-ci ildə Neftçala rayon Bankə qəsəbəsində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADI
2002-2006 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin bakalavr pilləsində təhsil alıb.
2006-2007 Neftçala rayon Ə.Cəfərov adına Bankə qəsəbə 1 saylı tam orta məktəbində təyinat ilə müəllim vəzifəsində çalışıb.
2007-2009 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Yarımkeçiricilər fizikası kafedrasının magistratura pilləsində təhsil alaraq oranı fərqlənmə diplomu ilə bitirib.
2015 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin “Astrofizika və ulduz astronomiyası” ixtisası üzrə doktoratura pilləsinə qəbul olunub.
2009-2018 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının laborantı vəzifəsində çalışmışdır.
Hal-hazırda Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının böyük laborantı vəzifəsində çalışır.