QISA BİOQRAFİK MƏLUMAT
01 aprel 1974-cü ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1981-1991-ci illərdə Şəmkir rayonu Könüllü kənd orta məktəbində təhsil alıb və orta məktəbi “əla” qiymətlərlə bitirib.
1991-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 1996-cı ildə Bakı Dövlət Universitetini fizik, fizika müəllimi ixtisasları üzrə fərqlənmə diplomu ilə bitirib.
1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin aspirantı olub.
2003-cü ildə dissertasiya müdafiə edərək "İstilik fizikası və molekulyar fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.
2013-cü ildə "Molekulyar fizika" ixtisası üzrə dosent elmi adını alıb.
2012-2017-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin elmlər doktoru proqramı üzrə doktorantı olub.
2021-ci ildə dissertasiya müdafiə edərək "Molekulyar fizika" ixtisasında fizika elm sahəsi üzrə Elmlər doktoru elmi dərəcəsini alıb.
ƏMƏK FƏALİYYƏTİ
1996-2005 ETM "Təfəkkür" Universitetinin Təbiət və Ümumtexniki fənlər kafedrasında baş müəllim
2005-2008 Azərbaycan Beynəlxalq Universitetinin Fizika kafedrasında baş müəllim
2008-2012 Bakı Dövlət Universiteti Fizika Problemləri ETİ-nin Bioloji sistemlər fizikası şöbəsində böyük elmi işçi
2012-2014 Bakı Dövlət Universiteti Fizika Problemləri ETİ-nin Bioloji sistemlər fizikası şöbəsində böyük elmi işçi, Optika və molekulyar fizika kafedrasında 0.5şt. müəllim
2014-2019 Bakı Dövlət Universiteti Optika və molekulyar fizika kafedrasının dosenti, Fizika Problemləri ETİ-nin Bioloji sistemlər fizikası şöbəsində 0.5şt. böyük elmi işçi
2019-2022 Bakı Dövlət Universiteti Optika və molekulyar fizika kafedrasının dosenti, Fizika Problemləri ETİ-nin Biofizika şöbəsində 0.5şt. böyük elmi işçi
2022-2024 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, Optika və molekulyar fizika kafedrasının 0.5şt. dosenti
2024-cü ildən hal-hazıradək Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı, Optika və molekulyar fizika kafedrasının 0.5şt. professoru
MÜKAFATLARI VƏ TƏLTİFLƏRİ
2019 “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
2023 Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ulu Öndər - Müstəqil Azərbaycanın Qurucusu” mövzusunda BDU əməkdaşları arasında məqalə müsabiqəsində DİPLOM (I yer)
TƏDQİQAT SAHƏSİ
Bioloji sistemlərdə qarşılıqlı təsirlər və struktur xüsusiyyətləri
Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 130-dan çox elmi işin və 3 kitabın müəllifidir. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən ED 2.19 Dissertasiya Şurasının üzvüdür.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2005 International Conference “Traditional Erzurum Physics Days-II”. Erzurum, Türkiye.
2007 XVI International Conference on Chemical Thermodynamics in Russia. Kazan, Russia.
2009 XVII International Conference Chemical Thermodynamics in Russia. Kazan, Russia.
2010 VI International Scientific Conference “Kinetics and Mechanism of Crystallization”. Self-Organization in Phase-Formation. Ivanovo, Russia.
2011 XI International Scientific Conference “Problems of Solvation and Complex Formation in Solutions”. Ivanovo, Russia.
2012 VII International Scientific Conference “Kinetics and Mechanism of Crystallization”. Crystallization and New Generation Materials”. Ivanovo, Russia.
2019 6th Internatıonal Conference, Modern Trends In Physics. Baku State University, Baku, Azerbaijan.
2020 International Conference “Criticality in QCD and the Hadron Resonance Gas”. Warsaw, Poland.
2021 7th Internatıonal Conference, Modern trends in physics. Baku State University, Baku, Azerbaijan.
2022 Summer School on Modern Trends in Quantum Science and Technologies: From Quantum Materials to Quantum Information. Baku State University, Baku, Azerbaijan.
2022 International Conference “Dynamics Days Central Asia and Caucasus”. Baku, Azerbaijan.
2022 Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere. Baku, Azerbaijan.
2022 11th Internatıonal Conference, Achievements & Challenges in Biology. Baku State University, Baku, Azerbaijan.
2023 3rd International Scientific and Practical Conference “Modern Directions and Movements in Science”. Luxembourg, Grand Duchy of Luxembourg
2023 International Conference “Nanoscience & Nanotechnologies Conference”. Frascati, Rome, Italy
2023 8th Internatıonal Conference, Modern Trends in Physics. Baku State University, Baku, Azerbaijan.
2024 3rd International Scientific and Practical Conference “Innovative Development in the Global Science”. Boston, USA
2024 9th International Conference on Superconductivity and Magnetism. 2nd International Conference on Quantum Materials and Technologies. Fethiye, Turkey
2024 13th International Scientific and Practical Conference “International Forum: Problems and Scientific Solutions”. Melbourne, Australia
2024 International Conference “Nanoscience & Nanotechnologies Conference”. Frascati, Rome, Italy