QISA BİOQRAFİK MƏLUMAT
14 avqust 1984-cü il, Azərbaycan Respublikasının Ağdam şəhərində anadan olub. 2001-ci ildə Bakıda 240 №-li orta məktəbi bitirib.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
2001-2005 Bakı Dövlət Univeritetinin Fizika fakültəsini bitirərək “Fiziki elektronika” ixtisası üzrə bakalavr diplomu alıb.
2005-2007 Bakı Dövlət Univeritetinin Fizika fakültəsini bitirərək “Optoelektronika” ixtisası üzrə magistr diplomu alıb.
2015 Fizika üzrə fəlsəfə doktoru. Dissertasiya işinin mövzusu: "Elektrokimyəvi çökdürmə üsulu ilə alınmış Cd1-xZnxS1-yTey(Sey) nazik təbəqələri və p-GaAs/n-Cd1-xZnxS1-yTey(Sey) strukturlarının elektron xassələri"
ƏMƏK FƏALİYYƏTİ
2009-2018 Bakı Dövlət Universiteti, Fizika fakültəsi, Tyutor
2010-2015 Bakı Dövlət Universiteti, Tyutor hazırlığı kursları
2015-2018 Bakı Dövlət Universiteti, SABAH mərkəzi, koordinator
2018-2019 Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Fizika və kimya kafedrası, baş müəllim
2019- Bakı Dövlət Universiteti, Fizika fakültəsi, Tədris işləri üzrə dekan müavini
2019-2021 Bakı Dövlət Universiteti, Fiziki elektronika kafedrası, baş müəllim
2021 Bakı Dövlət Universiteti, Fiziki elektronika kafedrası, dosent
MÜKAFATLAR
2019 “Bakı Dövlət Universitetinin 100 İlliyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
ELMİ-TƏDQİQAT SAHƏSİ
Fiziki elektronika, günəş elementləri
BEYNƏLXALQ KONFRANSLARDA, SİMPOZİUM VƏ SEMİNARLARDA İŞTİRAKI
2007 EMRS, Strasbourg,
2009 E-MRS Fall Meeting, Strasbourg,
2010 European Materials Research Society, Fall Meeting, Warsaw, Poland,
2010 Международной молодежный инновационной сессии СНГ 2010. Moskva, Rusiya
2011 European Materials Research Society, Spring Meeting, Strasbourg,
2013 “Fizikanın aktual problemləri” Beynəlxalq elmi konfransının materialları, Bakı,
2015 Comunication Management and Internationalization, Paris-Sarbonne University Abu-Dabi, Bakı
2016 Bolonya prosesi və Keyfiyyət Təminatı üzrə Avropa Standartları və Təlimatları, Twinning, Bakı
2017, 2018, 2019 Modern Trends in Physics, Bakı