Ankara Universitetinin professoru Fizika fakültəsinin elmi seminarında çıxış edəcək
28 sentyabr 2022-ci il tarixində saat 16-00-da 439 N-li auditoriyada Ankara Universitetinin professoru Ali Gencer “Dayanıqlı inkişafda elm və texnologiyaların rolu” mövzusunda Fizika fakültəsinin seminarında məruzə edəcəkdir.
Professor doktor Ali Gencer Qaradəniz Texniki Universitetinin Fizik bölümünü bitirib, İngiltərədə Birminhem Universitetində PhD - doktor elmi dərəcəsini alıb. Doktorluq elmi dərəcəsini aldıqdan sonra Ankara Universitetinin Fizik bölümündə çalışmağa başlayıb. Ali Gencer İfratkeçiricilik sahəsində dünyada tanınmış alimlərdəndir. Onun elmi işləri yüksək temperaturlu ifratkeçiricilərin eksperimental tədqiqi ilə bağlıdır. O, bu sahədə 1986-cı ildə kəşf olunmuş müxtəlif yüksək temperaturlu ifratkeçiricilərin xarici maqnit sahəsində maqnit nüfuzluğunun harmonikalarını öyrənməklə araşdırmalar aparmışdır. Springer nəşriyyatında çap olunan “Journal of Superconductivity and Magnetism” jurnalının elmi redaksiya heyətinin üzvüdür. 2008-ci ildən Türküyədə təşkil olunan “International Conference on Superconductivity and Magnetism” konfransının təşkilat komitəsinin sədridir və Ankara Universitetində qurulmuş milli ifratkeçiricilik araşdırma mərkəzinin rəhbəridir. Onun beynəlxalq jurnallarda 100-ə yaxın elmi məqaləsi çap olunmuşdur və bu məqalələrə çox sayda istinadlar edimişdir.
Arzu edənlər seminara dəvət olunurlar.