Dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək
24.06.2023-cü il tarixində, saat 11.00-da “Nanomaterialların kimyəvi fizikası”, “Fiziki elektronika”, “Yarımkeçiricilər fizikası” kafedralarının və BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar Elmi-Tədqiqat laboratoriyasının birgə seminarında “Nanomaterialların kimyəvi fizikası” kafedrasının doktorantı Orxan Güləhməd oğlu Güləhmədovun 2222.01-“Nanoquruluşların fizikası və texnologiyası” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Mikro- və nanostrukturlu polisiloksan və neylon təbəqələr əsasında triboelektrik generatorlar” mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçiriləcəkdir.
BDU, Nanoaraşdırmalar mərkəzi, auditoriya 161
Arzu edənlər iştirak edə bilər