İLKİN MÜZAKİRƏ_ BƏXTİYAR PAŞAYEV
21 may 2021-ci il tarixində saat 15.00-da 316 saylı auditoriyada BDU Fizika fakültəsi "Optika və molekulyar fizika kafedrası", "Maddə quruluşu" kafedralarının və "BDU-nun Fizika Problemləri ETİ-nun Biofizika şöbəsinin" Microsoft Teams platforması üzərindən birgə elmi seminarında "Maddə quruluşu" kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı, Optika və molekulyar fizika kafedrasının dosenti Paşayev Bəxtiyar Gülmalı oğlunun 2206.01 Molekulyar fizika ixtisasından fizika üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün "Bir sıra kiçik molekullu birləşmələrin müxtəlif fraksiyalı polietilenqlikolların suda məhlullarının strukturuna təsiri" mövzusunda təqdim etdiyi dissertasiya işinin ilkin müzakirəsi keçiriləcək.
Arzu edənlər iştirak edə bilərlər