QISA BİOQRAFİK MƏLUMAT
31 mart 1939-cu ildə Qusar rayonunun Hil kəndində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1947-1957-ci illərdə Qusar rayonu Hil kənd orta məktəbində təhsil alıb və orta məktəbi “əla” qiymətlərlə bitirib.
1957-1962 Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Fizika fakültəsinə fizik ixtisası
1969 Belarus Respublikası Fizika İnstitunun aspiranturasını bitirib və “Plazma sürətləndiricilərində gedən fiziki proseslərin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.
ƏMƏK FƏALİYYƏTİ
1962-1965 Ümum ittifaq Elektromexanika İnstitutunun filialında mühəndis, İstra şəhəri, Moskva vilayəti
1965-1969 Belarus Elmlər Akademiyasının Fizika İnstitunun aspirantı, Minsk, Belarus
1970-1973 BDU Fiziki elektronika kafedrasının assistenti,
1973-1982 BDU Fiziki elektronika kafedrasının baş müəllimi,
1982 BDU Fiziki elektronika kafedrasının dosenti
MÜKAFATLARI VƏ TƏLTİFLƏRİ
2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
TƏDQİQAT SAHƏSİ
Nazik təbəqələr fizikası,Ozon texnologiyası, Plazma texnologiyası
Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 140-dan çox elmi işin və 4 kitabın müəllifidir.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI:
1964, 1965, 1968 “Alçaq temperaturlu plazma”, Beynəlxalq konfrans, Kiyev, Minsk, Bakı
1997, 2002, 2005 “Enerji, Ekologiya, İqtisadiyyat” Beynəlxalq konfrans, Bakı
2002, 2004, 2006 “Energetikanın texniki və fiziki problemləri” Beynəlxalq konfrans, Bakı, Ankara, Təbriz
2007 Əmirxanovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans. Bakı,
2010 H.Əliyevin 100 illikyubileyinəhəsrolunmuş beynəlxalq konfrans. Bakı
2017 “Modern fizika”Beynəlx. Konf. Bakı
2019 Int. Conf. Modern trends in Physiks. BSU,Bakı