QISA BİOQRAFİK MƏLUMAT:
10 fevral 1967-ci ildə Bakı şəhərində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI:
1974-1984-cü illərdə Bakı şəhəri Nəsimi rayonu 9 saylı orta ümumtəhsil məktəbində təhsil alıb.
1984 Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 1989-cu ildə Bakı Dövlət Universitetini fizik, fizika müəllimi ixtisası üzrə bitirib.
1997-2003 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Maddə quruluşu kafedrasının dissertantı olub.
2005 dissertasiya müdafiə edərək "Nəzəri fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.
2018 "Fiziki elektronika" kafedrası üzrə dosent elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ:
1989 – 1991 Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində mühəndis
1991 – 2013 Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının böyük mühəndisi
2013 – 2015 Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının müəllim
2015 – 2018 Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının dosent əvəzi
2018-ci ildən hal-hazıradək Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasının dosenti
MÜKAFATLARI VƏ TƏLTİFLƏRİ:
2019 “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
TƏDQİQAT SAHƏSİ:
Yarımkeçiricilərdə elektron prosesləri
Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 50-dən çox elmi işin və 1 kitabın müəllifidir.
BEYNALXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2002 Nüvə elmi və onun tətbiqləri II Avrasiya konfransı, Almatı
2003 Nəzəri və riyazi fizikanın tərs məsələləri. I Beynəlxalq elmi konfransı, Sumqayıt
2009 BDU-nun 90 illiyinə həsr olunmuş Beynəlxalq Elmi konfransı, Bakı
2013 Kimya və kimya texnologiyası üzrə I Beynəlxalq Elmi konfransı, Bakı
2016 Bərpa olunan enerji mənbələri: Texnologiyalar və qurğular. Beynəlxalq elmi konfrans, Daşkənd.
2016 Mühəndisliyin texniki və fiziki problemləri üzrə 12-ci Beynəlxalq konfrans, Bilbao
2016 Materialşünaslıq və kondensə olunmuş mühitlər fizikası üzrə 8-ci beynəlxalq konfrans, Kişinyov
2017 “Fizikaya müasir baxış” Beynəlxalq konfrans, Bakı.
2021 7th Internatıonal conference MTP-2021: Modern trends in physics, 2021, Baku State University, Baku, Azerbaijan.
2021 1st International Congress on natural Sciences (ICNAS-2021), Erzurum, Atatürk University.
2024 Ümummilli lider H. Əliyevin 101 illiyinə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” beynəlxalq elmi konfrans, Gəncə, GDU.