QISA BİOQRAFİK MƏLUMAT
18 noyabr 1954 -cü ildə Quba rayonunun Təngəaltı kəndində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1961-1970-ci illərdə Quba rayonu Təngəalti kənt 8-illik,1970-1972-ci illərdə Quba rayonu Qonaqkənt qəsəbə orta məktəbində təhsil alıb və orta məktəbi “əla və yaxşı” qiymətlərlə bitirib.
1973 Azərbaycan Dövlət Universitetinin(indiki BDU) Fizika fakültəsinə daxil olub. 1981-cı ildə Bakı Dövlət Universitetini fizik, fizika müəllimi ixtisası üzrə bitirib.
2006-2010 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin“Fiziki elektronika “ kafedrasının dissertantı olub.
2010-cu ildə dissertasiya müdafiə edərək 2011-ci ildə"Bərk cisim fizikası" ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru, elmi dərəcəsini alıb.
ƏMƏK FƏALİYYƏTİ
1973–cü ildən əmək fəaliyyətinə başlamışdır.
1977–1982 Bakı Dövlət Universiteti “Fiziki elektronika”kafedrasında laborant
1982–1984 Bakı Dövlət Universiteti “Fiziki elektronika “ kafedrasında baş laborant
1984- 2015 “Fiziki elektronika “ kafedrasında laboratoriya müdiri
2015-2021 “Fiziki elektronika “ kafedrasında 0.5 şt. laboratoriya müdiri və 0.5 şt müəllim
2021 – ci ildən bu günə kimi “Fiziki elektronika “ kafedrasında tam ştat müəllim vəzifəsində işləyir.
MÜKAFATLARI VƏ TƏLTİFLƏRİ
2019 “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
TƏDQİQAT SAHƏSİ
Holmiumla aşqarlanmış qallium selen kristallarinda elektron hadisələri.
50 elmi məqalənin müəllifidir
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2012 “Opto-, nanoelektronika, nanotexnologiya və mikrosistemlər” XV-ci Beynəlxalq konfrans, Ulyanovsk.
2013 Akademik B.M.Əsgərovun 80 illik yubileyinə həsr olunmuş ”Fizikanın aktual problemləri” Beynəlxalq elmi konfransı. BAKI.
2014 Mühəndisliyin texniki və fiziki problemləri üzrə 10-ci Beynəlxalq konfrans, Bakı
2016 Bərpa olunan enerji mənbələri: Texnologiyalar və qurğular. Beynəlxalq elmi konfrans, Daşkənd.
2017 “Fizikaya müasir baxış” Beynəlxalq konfrans, Bakı.
2019 “Fizikaya müasir baxış” Beynəlxalq konfrans, Bakı Dövlət Universiteti. Bakı.
2020 “Tətbiqi fizika və energetikanin aktual məsələləri”, II beynəlxalq elmi konfrans, SDU, Sumqayıt.
2021 “Təbiət Elmləri üzrə Beynəlxalq Konqress” (ICNAS-2021), Ərzurum, Atatürk Universiteti.
2021 “Təhlükəsiz infotelekommunikasiya sistemləri: nəzəriyyədən tətbiqə” mövzusunda Beynəlxalq konfrans, AzTU, Bakı.
2021 “Fizikaya müasir baxış” 7-ci Beynəlxalq konfrans, Bakı Dövlət Universiteti. Bakı