QISA BİOQRAFİK MƏLUMAT
26 may 1957-ci ildə Lənkəran rayonunun Türkəkəran kəndində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1964-1974-cü illərdə Lənkəran rayonu Mamusta kənd orta məktəbində təhsil alıb və orta məktəbi “əla” qiymətlərlə bitirib.
1978 Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 1984-cü ildə Bakı Dövlət Universitetini fizik, fizika müəllimi ixtisası üzrə bitirib.
1992-1994 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının dissertantı olub.
1994 dissertasiya müdafiə edərək "Elektronika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.
2004 "Fiziki elektronika" ixtisası üzrə dosent elmi adını alıb.
2013-2018 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Fiziki elektronika kafedrasının elmlər doktoru proqramı üzrə dissertantura yolu ilə doktorantı olub.
2018-ci il dissertasiya müdafiə edərək "Fiziki elektronika" ixtisasında fizika elm sahəsi üzrə Elmlər doktoru elmi dərəcəsini alıb.
Prezident Yanında Ali Attestasiya Komissiyasının 21.06.2024-cü il tarıxli qərarı ilə fizika elm sahəsi üzrtə 2203.01-Elektronika ixtisasə üzrə elmi-pedaqoji fəaliyyətinə görə professor elmi adı verilmişdir.
MÜKAFATLARI VƏ TƏLTİFLƏRİ
2019 “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
TƏDQİQAT SAHƏSİ
Qeyri-bircins qaz boşalması plazmasında elektronların sürətlənməsi prosesi
Plazmada baş verən elementar proseslərin müsbət sütun plazmasının dinamik müqavimətinə (impedans) təsiri
Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 85-dən çox elmi işin və 8 kitabın müəllifidir.
ƏMƏK FƏALİYYƏTİ
1979-1984 Bakı Dövlət Universiteti Fiziki elektronika kafedrasında laborant
1984-1994 Bakı Dövlət Universiteti Fiziki elektronika kafedrasında baş laborant
1994-2000 Bakı Dövlət Universiteti Fizika fakültəsinin metodisti
2000-2004 Bakı Dövlət Universiteti Fiziki elektronika kafedrasında assistent
2000-2012 Bakı Dövlət Universiteti Fizika fakültəsinin dekan müavini
2004-2018 Bakı Dövlət Universiteti Fiziki elektronika kafedrasının dosenti
2022 Bakı Dövlət Universiteti Fiziki elektronika kafedrasının professoeu hal-hazıradək
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
1986 III Vsesoyuznoy konf. po fizike qazovovo razryada, Ukraina, Kiev.
1988 II Vsesoyuznoy konf. po fizike qazovovo razryada, Rossiya, Maxaçkala.
1990 Vsesoyuznoy konf. po spektroskopii nizkotemperaturnoy plazmı, Rossiya, Petrozavodsk.
1991 XX ICPIG, Piza, Italy
1992 VI konf. po fizike qazovovo razryada. Rossiya, Kazan.
2000 III rd NATIONAL ATOMIC and MOLECULAR PHYSICS SYMPOSIUM, Ataturk Universities, Turkey
2005 “Fizika-2005” Beynəlxalq konfransı, Bakı
2006 TPE-06 3rd International Conference on Technical and Physical Problems in Power Engineering materialları, Ankara, Turkey
2008 Aktualnıe problemı fiziki, pyatoy mejdunarodnoy nauçno-texniçeskoy kon., Baku.
2009 5th International Conference on “Technical and Physical Problems of Power Engineering” Bilbao, Spain
2009 - Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi ronfransı, Bakı 2014 - 10th International Conference on “Technical and Physical Problems of Electrical Engineering” Baku
2016 The 12th International Conference on “Technical and Physical Problems of Electrical Engineering” Bilbao, Spain
2016 International Conference on “MODERN TRENDS IN PHYSICS” 2017, BAKU
2017 “Müasir təbiət və iqdisad elmlərinin aktual problemləri” adlı. Beynəlxalq Elmi Konfrans, Gəncə, Azərbaycan
2018 Magistr və gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” Beynəlxalq Elmi konfransı
2019 International Conferans Modern Trends in Phyisics, Dedicated to the 100-th anniversary of the BSU, Bakı, Azərbaycan,
2020 II Beynəlxalq elmi konfransı “Tətbiqi fizika və energetikanın aktual problemləri”. SDU Sumqayıt (Aərbaycan) və KDEU Kazan (Rusiya).
2021 1st international conqress of natural sciences (ICNAS - 2021). Atatürk University, Erzurum, Turkey.