ELDAR ƏLİ OĞLU MƏSİMOV

ELDAR ƏLİ OĞLU MƏSİMOV

ELDAR ƏLİ OĞLU MƏSİMOV

Professor

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

17 dekabr 1941-ci ildə Şəmkir rayonunun Çinarlı kəndində anadan olub.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1947-1957-ci illərdə Şəmkir rayonu Çinarlı kənd orta məktəbində təhsil alıb və orta məktəbi “qızıl medal”la bitirib.

1957 Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub, 1960-1963-cü illərdə Xarkov  Dövlət Universitetinin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1963-1966-cı illərdə Ukrayna Fizika-Texniki İnstitutunun aspirantı olub.

1969-cu ildə  03.00.02-“Biofizika” ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişir.

1974-cü ildə Moskva Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilib.

1984-cü ildə Moskva Dövlət Universitetində biofizika ixtisası üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.

1987-ci ildə Moskva Ali Attestasiya Komissiyası tərəfindən professor diplomu verilmişdir.

2012 Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü;

2012 Avropa Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü;

2002 Rusiya Pyotr Elmləri və İncəsənət Akademiyasının həqiqi üzvü.

ƏMƏK FƏALİYYƏTİ

1970-1972 Bakı Dövlət Universiteti Maddə quruluşu kafedrası, assistent

1972-1974 Bakı Dövlət Universiteti Maddə quruluşu kafedrası, baş müəllim

1974-1985 Bakı Dövlət Universiteti Maddə quruluşu kafedrası, dosent

1985-1987 Bakı Dövlət Universiteti Maddə quruluşu kafedrası, professor

1987-1989 Azərbaycan Təhsil Nazirliyi, baş elm idarəsinin rəisi

1989-1992 Bakı Dövlət Universiteti, Elmi işlər üzrə prorektor

1989-2019 Bakı Dövlət Universiteti, Fizika Problemləri İnstitutu, bioloji sistemlər fizikası şöbəsinin müdiri

1992-2024 Bakı Dövlət Universiteti Maddə quruluşu kafedrasının müdiri

MÜKAFATLARI VƏ TƏLTİFLƏRİ

1997  Rusiya Pyotr Elm və İncəsənət Akademiyasının müxbir üzvü, 2002 həqiqi üzvü seçilmişdir, həmin ildə Akademiyanın Azərbaycan Filialının rəhbəri seçilmişdir.

2003  E.Ə.Məsimovun "Atom fizikası" dərsliyinə görə Azərbaycan Təhsil Cəmiyyətinin  “Təhsil sahələri üzrə nailiyyətlərə görə” təsis etdiyi mükafata layiq görülüb.

2011  Bakı Dövlət Universitetinin “Elmin və təhsilin inkişafında və gənc nəslin yetişdirilməsindəki xüsusi xidmətlərinə, tələbələrdə vətənə, xalqa, dövlətə məhəbbət ruhunun aşılanmasındakı roluna görə və anadan olmasının 70 illik yubileyi munasibətilə FƏXRİ FƏRMAN.

2011  Rusiyanın Təbiət Elmləri Akademiyasının Təltif və Mükafatlar Komissiyası ona «Bioloji strukturların təşkili prinsipləri» еlmi məktəbinin yaradıcısı adı vermiş və V.İ.Vernadskiy adına medal, A.Nobel adına medal, «Əməkdar elm və təhsil xadimi» fəxri adına layiq görülmüş və «Rusiyanın Elmi məktəbləri» ensiklopediyasına (Российские научные школы, том IV, c. 165) daxil edilmişdir.

2011 Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü;

2012 Rusiya Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü;

2012 Avropa Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü;

2012 Avropa elmi-sənaye palatası tərəfindən Keyfiyyət Diplomu (DİPLOMA Dİ MERİTO) və Avropa qızıl medalı;

2014 Avropa elmi-sənaye konsorsiumunun qərarı ilə fizika-riyaziyyat elmləri sahəsindəki xidmətlərinə görə Vilhelm Leybnis medalı;

2015  9 müxtəlif mötəbər beynəlxalq təşkilatlardan təşkil olunmuş “Avropa Elmi-Sənaye Konsorsiumun” qərarı ilə “Avropa keyfiyyətli” qızıl medalı;

2015 Rusiya Təbiətşünaslıq Akademiyasının Rəyasət heyətinin və “Avropa Elmi-Sənaye Konsorsiumunun” təltif komissiyasının qərarına əsasən “Böyük Pyotr” (“Небываемое бывает”) ordeni ilə;

2016 Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı;

2016 tərcümeyi-halı və elmi fəaliyyətinin qısa məzmunu RAE tərəfindən yenidən hazırlanmış «Известные ученые» ensiklopediyasının XIII cildinə daxil edilmişdir (XIII tom, səh.172-174).

2017 Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə ziyalı olaraq, H.Əliyev ideyalarının həyata keçməsi uğrunda fəaliyyəti, Vətənə və xalqa layiqli xidmətlərinə görə “İlin alimi” Ali media mükafatına;

2018 Dövlətimizin, müstəqilliyimizin və elmimizin inkişafında müstəsna xidmətlərinə, elmdəki uğurlarına və nailiyyətlərinə görə “Media Araşdırma” və “Azərbaycan və Avropa”-nın layihəsi əsasında “Şərəfli ömür yolu” Fəxri Diplomuna layiq görülüb;

2019 Prezident İlham Əliyevin Sərəncami ilə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub;

2020-ci ildə  "PRIMUS INTER PARES - ПЕРВЫЙ ИЗ РАВНЫХ" ORDENİ (Rusiya Təbiət Elmləri Akademiyası), 2020-ci ildə E.Ə.Məsimovun "Вода" (2018) və həmmüəllifi olduğu "Растворы" (2011) monoqrafiyaları Rusiyanın Təbiət Elmləri Akademiyası tərəfindən seçilərək əvvəl Moskva şəhərində  Beynəxalq Kitab  Sərgisində nümayiş etdirilmiş və hər iki kitab qızıl medala layiq görülmüşdür. Daha sonra Almaniyanın Frankfurt şəhərində Beynəxalq  kitab Sərgisindən Rusiyanın Təbiət Elmləri Akademiyasının stendində nümayiş etdirilmişlər və hər iki kitab yenə də  "Qızıl medal"la mükafatlandırılıb.

TƏDQİQAT SAHƏSİ

Bioloji sistemlərdə struktur və qarşılıqlı təsirlər problemləri.

Müəlliflik şəhadətnaməsi və patentlərinin sayı __2_

Qrant layihələrində iştirakı   2

Kadr hazırlığı:      Elmlər namizədi - 22, Elmlər doktoru – 4

Elmi əsərlərinin sayı:  600-dan çox (o cümlədən 6-sı monoqrafiya olmaqla 31 dərslik və dərs vəsaiti).

Hal-hazırda Fizika fakültəsinin Elmi Şurasının üzvü, Ali Attestasiya Komissiyasının Bakı Dövlət Universitetinin Biologiya fakültəsində fəaliyyət göstərən FD 2.31 Dissertasiya şurasının üzvü və bu Şuranın nəzdində 2406.01-“Biofizika” ixtisası üzrə Elmi seminarın sədridir.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

1967   XIV International Meeting of Low Temperature, Kharkov, USSR

1968   XI International Conference of Low Temperature Physics, Sent-Andros, USA

1968   XV International Meeting on Low Temperature Physics, Tbilisi, USSR

1982   II International Conference Water Soluble Polymers, Irkutsk, USSR

1982   III International Conference High Molecular Compounds, Sverdlovsk, USSR

1985   IV International Conference of Partition of Two-Phase Water Systems, Sweden

1992   II Turkish – Azerbaijani a Polymer Symposium, Ankara, Turkey

1992   IV European Conference on Bio-chromatography and Molecular Biology, Grand Momne, France

1994  Conference Bio-chromatography and Bioengineering ESBC-94.

1995   XIII-th Meeting of the International Society of Hematology, Istanbul, Turkey

1996   XII-th Int. Conf. On Magnetic Resonance in Biological Systems (17-th ICMRBS), Keystone, Colorado, USA

1997     4-th World Conference on Experimental Heat Transfer, Fluid Mechanics and Thermodynamics, Brussels, Belgium

1997     4-th International Symposium on Bioorganic Chemistry, Biarritz, France

1997    International Symposium on Acid-Base Catalysis III, Rolduc, Netherlands
1997    International Symposium Europ.Cat. III, Krakov, Poland

1998   International Symposium on Atomic and Molecular Physics, Ankara, Turkey

1998   XVI Mendeleyev Meeting on General and Applied Chemistry, Moscow, Russia

2000   III National Atomic and Molecular Physics Symposium, Erzurum, Ataturk University, Turkey

2001   6th Multidisciplinary Regional Conference of Biological Physics, Moscow, Russia

2001   4th International Conference of Biological Physics, Kyoto, Japan

2005    NATO Advanced Research Workshop on Air, Water and Soil Quality Modeling for Risk and Impact Assessment, Tabakhmela (Tbilisi), Georgia

2005   II Russian Symposium of Chemistry and Biology of Peptides, Sankt-Petersburg, Russia

2007  XVI International conference “Chemical Thermodynamics“, Russia (RCCT 2007), Suzdal 

2008   XV Russian conference “Structure and dynamics of molecular systems”, Yalchik. VIII International congress “Solid state chemic and micro and nano-technology” Kislovodsk, Russia

2009   Методы исследования состава и структуры функциональных материалов, Новосибирск

2010  VI Международная научная конференция.Тезисы докладов. Кинетика и механизм кристаллизации, Россия, Иваново

2011   XI Международная конференция «Проблемы сольватации и комплексо-образования в растворах, Россия, Иваново

2012  IV Съезд Биофизиков, Тезисы докладов, Нижний Новгород.

2012   VII Международная научная конференция "Кинетика и механизм кристаллизации. Кристаллизация и материалы нового поколения", Россия, Иваново

2013   I International Chemistry and Chemical Enginering Conference, Azerbaijan, Baku 

2015   Научная дискуссия: Вопросы математики, физики, химии, биологии. Сборник статей по материалам ХХХIV-XXXV международной заочной научно-практической конференции. № 10-11 (28), Москва.

2016   Материалы ХI международной научно-технической конференции «Актуальные вопросы биологической физики и химии», Севастополь

2017  ХI Всероссийская школа – конференция молодых ученых. «Теоретическая и экспериментальная химия жидкофазных систем». Россия, Иваново.

2018  Международная научная конфе­ренция Проблемы сольватации и комплексообразова­ния в растворах, Суздаль, Россия

2019  VI Съезд биофизиков России, Сборник научных трудов,  г.Сочи.

2019  VII Всерос­сий­ская научная конференция, г.Иваново, Россия

2019    International Conference Mo­dern Trends in Physics. 01-03 May 2019, Baku. Dedicated to the 100th anniversary of  Baku State University.

2021   7th Internatıonal conference MTP-2021: Modern trends in physics, 2021, Baku State University, Baku, Azerbaijan.

2021    Rheological study of walter solutions molecular mass fractions (PVP) of polyvinylpyrrolidone.  Atatürt Universiteti. 1st İnternational congress on natural sciences (İHNAS-2021).
2022   Summer school on Modern trends in quantum science and technologies: From quantum materials to quantum information, Baku State University, Baku, Azerbaijan.

2023  Gəncə Dövlət Universiteti. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfrans.

2023  BSU, 8th INTERNATIONAL CONFERENCE,  MODERN TRENDS IN PHYSICS, DEDICATED TO THE 100th ANNIVERSARY OF NATIONAL LEADER HEYDAR ALIYEV

2024 Gəncə Dövlət Universiteti, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-i ildönümünə həsr olunmuş Beynəlxalq Elmi Konfrans

Seçilmiş elmi əsərləri

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət