TÜNZALƏ OQTAY QIZI BAYRAMOVA

TÜNZALƏ OQTAY QIZI BAYRAMOVA

TÜNZALƏ OQTAY QIZI BAYRAMOVA

Dosent

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

28 may 1961-ci ildə Tərtər rayonunun Qapanlı kəndində anadan olub.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI:

1978-1988-ci illərdə Tərtər rayonunun Qazyan kənd orta məktəbini qızıl medalla bitirib.

1978 Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 1983-cü ildə Bakı Dövlət Universitetini fizik, fizika müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1987-1991-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Maddə quruluşu kafedrasının qiyabi aspirantı olub.

1990 dissertasiya müdafiə edərək 01.04.02-“Nəzəri və riyazi fizika” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.

2014 dosent elmi adını alıb.

ƏMƏK FƏALİYYƏTİ

1983-1988 Tətbiqi Fizika İnstitutu, mühəndis

1988-1996 Bakı Dövlət Universitetinin Maddə quruluşu kafedrasında baş laborant

1996-cı ildən Bakı Dövlət Universitetinin Maddə quruluşu kafedrasının müəllimi

2009-cu ildən hal-hazıradək Bakı Dövlət Universitetinin Maddə quruluşu kafedrasının dosenti.

MÜKAFATLARI VƏ TƏLTİFLƏRİ

2019  “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı

TƏDQİQAT SAHƏSİ

Kvant sahə nəzəriyyəsinin qeyri-həyacanlaşma metodları. Kalibrləşmiş sahə nəzəriyyəsində ruhun tam Qrin funksiyasının kalibrovkadan asılı olaraq tədqiqi. Kütləsiz Feynman diaqramlarının hesablanması alqoritminin verilməsi. Elementar zərrəciklərin nüvə və digər zərrəciklərdən səpilməsinin nəzəri tədqiqi.

Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 80-dan çox elmi işin və 1 kitabın müəllifidir.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

2004  Fizikanın aktual problemləri III Respublika elmi konfransı, Bakı, fevral.

2006 Tpe-06 3 rd International Conference on Technical and Physical Problems in Power    Engineering, Ankara, Turkey.

2008  Beşinci Beynəlxalq Elmi-Texniki Konfrans.

2008  Fizikanın müasir problemləri II Respublika konfransının materialları

2009 AMEA Radiasiya Problem­ləri İnstitutu. İnstitutun 40 illik yubileyinə həsr olun­muş Beynəlxalq Konfrans, 3-5 Noyabr.

2011 AMEA-nın IV Beynəlxalq Konfransı. Bakı, 23-25 noyabr

2012 The V international conference perspectives of peaceful use of nuclear energy. Baku, Azerbaijan.

2013  The VIII CONFERENCE Radiation Researches and Their Practical Aspects, Baku.

2014  Seventh Eurasian Conference Nuclear Science and Its Application, Baku. 

2016  ıx İnternatıonal workshop on nuclear structure propertıes, Sivas, Türkiye.

2017  İnternational conference: modern trends in physics, 20-22 april.

2018  Gəncə Dövlət Universiteti, Beynəlxalq Elmi konfrans, V hissə, 04-05 may.

2019  International Conference Modern Trends in Physics. 01-03 May, Baku. Dedicated to the 100th anniversary of  Baku State University,

2021   7th Internatıonal conference MTP-2021: Modern trends in physics, 2021, Baku State University, Baku, Azerbaijan.

2022  Beynəlxalq Elmi Konfransın Materialları, Gəncə Dövlət Universiteti

2023  BDU, Azərbaycan xalqının Ümummilli Lideri HEYDƏR ƏLİYEVİN 100 illik yubileyinə həsr olunmuş "GƏLƏCƏYİN ALİMLƏRİ" adlı tələbələrin VIII Respublika elmi konfransı

2024  Gəncə Dövlət Universiteti, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-i ildönümünə həsr olunmuş Beynəlxalq Elmi Konfrans

Seçilmiş elmi əsərləri

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət