QISA BİOQRAFİK MƏLUMAT
1980-ci il mayın 20-də Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, iki övladı var.
TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
1986-1996 Bakı ş. 8 saylı orta ümumtəhsil məktəbi
1996-2000 Bakı Dövlət Universiteti, Fizika fakültəsinin əyani şöbəsi. Bakalavr pilləsi
2000-2002 Bakı Dövlət Universiteti, Fizika fakültəsində “Yarımkeçiricilər fizikası” ixtisası üzrə magistr pilləsi
2002-2005 AMEA Fizika İnstitutunda “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə aspirant
2009 Fizika-riyaziyyat elmləri namizədi
2017 Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Yarımkeçiricilər fizikası ixtisası üzrə Dosent elmi adı
ƏMƏK FƏALİYYƏTİ
2001-2011 AMEA Fizika İnstitutunda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi
2011-ci ildən hal-hazıradək BDU-nun “Nanomaterialların kimyəvi fizikası” kafedrasının müəllimi
2011-2019 BDU-nun Nanoaraşdırmalar Mərkəzində böyük elmi işçi
2013-cü ildən Bakı Dövlət Universitetinin nəzdində Beynəlxalq Elmi Araşdırma Mərkəzinin elmi katibi
2019-2021 BDU-nun Nanoaraşdırmalar Mərkəzində direktor müavini
2021-ci ildən bu günə kimi isə BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini
TƏDQİQAT SAHƏSİ
Almazabənzər yarımkeçiricilərin alınması və tədqiqi, nanotexnologiya, radioekologiya.
120-dən çox elmi əsərlərin, o cümlədən 4 patent müəllifidir.
BEYNƏLXALQ TRENİNQLƏRDƏ İŞTİRAKI
2010 «Təmiz otaq» Nanotexnologiya üzrə treninq, Аnkara, Türkiyə
2013 "JEOL" şirkətinin elektron mikroskopiya və "Rigaku" şirkətinin rentgen difraktometriya üzrə ixtisasartırma kursları, Tokio, Yaponiya
2015-2016 Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Akademiyasının təşkilatçılığı ilə əqli mülkiyyət sahəsində təlimlər, Bakı, Azərbaycan
2016 Avropa Birliyinin Erasmus+ K107 Beynəlxalq Kredit Mobillik Proqramı. Orta Doğu Texniki Universiteti. Аnkara, Türkiyə
2018 Avropa Birliyinin Erasmus+ K107 Beynəlxalq Kredit Mobillik Proqramı. Cümhuriyyət Universiteti, Sivas, Türkiyə
2023 Avropa Birliyinin Erasmus+ K171 Beynəlxalq Kredit Mobillik Proqramı. Çukurova və Alparslan Türkeş Elm və Texnologiya Universiteti, Adana, Türkiyə
MÜKAFATLAR
2004 «Fizika və biofizika sahəsində elmi nailiyətlərə görə H.B. Abdullayev adına mükafat laureatı» diplomu.
2014 BDU-nun Fəxri Fərmanı.
2019 BDU-nun 100 illik Yubiley Medalı
BEYNƏLXALQ LAYİHƏ VƏ QRANTLARDA İŞTİRAKI
2009-2012; Qrant №3998. Abşeron yarmadası və Bakı şəhəri ətraf ərazilərinin radioekoloji tədqiqi.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən Gənc alim və mütəxəssislərin 1-ci qrant müsabiqəsinin “Riyazi modelə əsasən Ge1-xSix (0≤x≤0,15) monokristallarının ərintinin istiqamətləndirilmiş konsentrasion ifrat soyudulması üsulu ilə alınması” adlı layihə ilə qalibi
01.12.23-31.12.25 Azərbaycan Elm Fondunun Ümummilli Lider Heydər Əliyevin 100-illik yubileyinə həsr olunmuş "Əsas qrant müsabiqəsi-2023" AEF-MCG-2023-1(43)-13/02/1-M-02, 13.11.2023 “Süni intellekt və neyron şəbəkələrin paylanmış fiber optik sistemlərində tətbiqi” Layihə rəhbəri.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2006 Azərbaycan MEA aspirantlarının elmi konfransı. Bakı, Azərbaycan
2007 “Kondensə olunmuş mühitdə faza keçidləri, kritik və qeyrixətli hadisələr”, Dağıstan Fizika İnstitutunun 50 illiyinə həsr olunmuş Beynəlxalq Konfrans, Maxaçkala, Dağıstan, Rusiya
2010 M.P. Şaskolksayanın hatirəsinə həsr olunmuş «XXI əsrin kristallofizikası» IV Beynəlxalq Konfrans, Moskva, Rusiya
2010 «WM-2010» Tullantıların idarə olunmasına aid 36-cı Beynəlxalq Simpozium, Finiks, Arizona ştatı, ABŞ
2011 «CET 2011» Mühəndislik və Texnologiya mövzusunda Beynəlxalq Konqress, Şanxay, Çin
2014 “MDB dövlətlərin gənc alim və mütəxəssislərdən ibarət deleqasiyasının Rusiya Federasiyasına rəsmi səfəri”, Dubna,Moskva, Rusiya
2015 Y.A. Skakovun hatirəsinə həsr olunmuş «Kristallofizika və perspektiv materialların deformasiyaya uğraması» VI Beynəlxalq Konfrans, Moskva, Rusiya
2015 “ener2i and SECURE-R2I Brokerage Event & Workshop on Energy, Innovation and Security” Beynəlxalq Simpozium, Tbilisi, Gürcüstan