QISA BİOQRAFİK MƏLUMAT
23 oktyabr 1959-cu ildə Gəncə şəhərində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1966-1976-cı illərdə Gəncə şəhərinin orta məktəbində təhsil alıb.
1976 Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 1981-ci ildə Bakı Dövlət Universitetini fizik, fizika müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
1983-1986 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının aspirant olub.
1986 dissertasiya müdafiə edərək "İstilik fizikası və molekulyar fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb.
1998 “Biofizika” ixtisası üzrə dosent elmi adını alıb.
2000 dissertasiya müdafiə edərək “Biofizika” ixtisası üzrə biologiya elmləri doktoru elmi dərəcəsini alıb.
2007 Biofizika ixtisası üzrə professor elmi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ
1981-1983 Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və fiziki kimya İnstitutunda böyük laborant
1986-1988 Bakı Dövlət Universitetinin Optika və molekulyar fizika kafedrasında böyük laborant
1988-2006 Bakı Dövlət Universitetinin Molekulyar biofizika elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi, aparıcı elmi işçi, baş elmi işçi
2006-2011 Bakı Dövlət Universitetinin Elmi-tədqiqat hissəsinin müdiri, Optika və molekulyar fizika kafedrasının 0.5 şt professoru
2011-2021 Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, Optika və molekulyar fizika kafedrasının 0.5 şt professoru
2021-ci ildən Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının professoru, Fizika Problemləri ETİ-nin Biofizika şöbəsində 0.5 şt baş elmi işçi
hal-hazıradək
MÜKAFATLARI VƏ TƏLTİFLƏRİ
2009 AR Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı,
2019 “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”,
2019 “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
TƏDQİQAT SAHƏSİ
Bioloji aktiv molekulların quruluş-funksiya əlaqələri
Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 200-dən çox elmi işin, 1 patentin, 1 monoqrafiyanın və ali məktəblər üçün 2 dərs vəsaitinin müəllifidir. FD 2.31 Dissertasiya Şurasının üzvüdür.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2007 5-я Всероссийская конференция «Молекулярное моделирование», Москва, Россия
2008 III Международная Конференция «Химия, структура и функция биомолекул», Минск, Беларусь
2009 3rd International Conference on Application of Information and Communication Technologies, Baku, Azerbaijan
2012 XXV International Conference on Organometallic Chemistry (XXV ICOMC), Lisbon, Portugal
2021 7th International Conference “Modern Trends in Physics”, Baku State University, Baku, Azerbaijan
2022 8th International Conference on Control and Optimization with Industrial Applications, Baku State University, Baku, Azerbaijan
2022 İnternational Conference “Modern problems of theoretical and experimental chemistry”, Baku State University, Baku, Azerbaijan
2024 9th International Conference on Control and Optimization with Industrial Applications, 27-29 August, 2024, Istanbul,Turkey