QISA BİOQRAFİK MƏLUMAT
12 iyun 1990-cı ildə Rusiya Federasiyasının Kemerovo vilayətində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1997-2005-ci illərdə Rusiya Federasiyasında, 2005-2007-ci illərdə Sumqayıt şəhərində, 33 saylı orta məktəbdə təhsil alıb.
2007-2011 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin fiziki elektronika ixtisası
2011-2013 Bakı Dövlət Universitetini Fiziki elektronika ixtisası, Qaz və plazma elektronikası ixtisaslaşması magistratura pilləsi
2013 Bakı Dövlət Universiteti tərəfindən layihə çərçivəsində təşkil olunmuş 8 aylıq təlim kurslarında tyutor, Rəqəmsal sertifikat (fərqlənmə)
2014-2018 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının dissertantı
2021 dissertasiya müdafiə edərək "Bərk cisimlər fizikası" ixtisası üzrə fizika elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi
ƏMƏK FƏALİYYƏTİ
2013-2022 Bakı Dövlət Universiteti, Fizika fakültəsi, tyutor
2022-ci ildən hal-hazıradək Bakı Dövlət Universitetinin Fizika fakültəsinin, Optika və molekulyar fizika kafedrasının müəllimi
TƏDQİQAT SAHƏSİ
Kvant elektronika- lazer fizikası nəzəriyyəsi və qeyri-xətti optika – optik dalğaların qeyri-xətti mühitdə qarşılıqlı təsiri sahələrində elmi-tədqiqat işləri aparır.
Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 20-dan çox elmi işin müəllifidir.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2014 Materials digest of the X International Scientific and Practical Conference “Trends of modern science 2014”
2015 Workshop, Georgian Technical University
Materials of 8th International Scientific Conference “Science and Society”
2015 Materials of the XI International Scientific and practical Conference “Conduct of modern science – 2015”
2015 Materials digest of the IX International Conference "Science, Technology and Higher Education"
2015 “Opto, nanoelektronika, kondensə olunmuş mühit və yüksək enerjilər fizikası” Beynəlxalq konfransın materialları
2016 Eastern-European Scientific Journal
2016 “XƏZƏR NEFT QAZ YATAQ 2016” elmi-təcrübi konfransı
2017 “Modern Trends in Physics” İnternational Conference (Bakı, 20-22 April 2017);
2018 "Fizika və astronomiya problemləri” beynəlxalq elmi konfrans