VÜSALƏ MƏMMƏDOVA CƏLALİ QIZI

VÜSALƏ MƏMMƏDOVA CƏLALİ QIZI

VÜSALƏ MƏMMƏDOVA CƏLALİ QIZI

Müəllim

Email: [email protected]

QISA BİOQRAFİK MƏLUMAT

17 may 1979-cu ildə Siyəzən şəhərində anadan olub.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1986-1996-cı illərdə Siyəzən şəhəri Ş. İsmayılov adına 3 nömrəli məktəbdə təhsil alıb.

1996-2000 Bakı Dövlət Universitetinin Fizika fakültəsi “Tətbiqi fizika” ixtisası üzrə bakalavr pilləsində təhsil alıb.

2000-2002 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin magistr pilləsində “Kvant elektronikası” ixtisası üzrə təhsil alıb və fərqlənmə diplomu ilə bitirib.

2022 "Bərk cisimlər fizikası" ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru dərəcəsi almaq üçün  dissertasiyası işi müdafiə edib “Bərk cisimlər fizikası” ixtisası üzrə, fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

ƏMƏK FƏALİYYƏTİ

2002-2008 Bakı Dövlət Universitetinin Ümumi fizika kafedrasında laborant

2008-2016 Bakı Dövlət Universitetinin Optika və molekulyar fizika kafedrasında laborant

2018-2025 Bakı Dövlət Universiteti Fizika fakültəsi Optika və molekulyar fizika kafedrasında böyük laborant

2025 Bakı Dövlət Universiteti Optika və molekulyar fizika kafedrasının müəllimi

TƏDQİQAT SAHƏSİ

Elektrokimyəvi çökdürülmə üsulu ilə nazik təbəqələrin alınması. Nazik təbəqələr və onlar əsasındakı heterokecidlərdə baş verən elektrik və optik xassələrin öyrənilməsi.

Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 25-dən çox elmi işin  müəllifidir.

BEYNƏLXALQ və RESPUBLİKA SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

2015 BDU-nun Fizika Problemləri İnstitutunun yaradılmasının 10 illiyinə həsr olunmuş «Opto-, nanoelektronika, kondensə olunmuş mü­hit və yüksək enerjilər fizikası» Beynəlxalq konfransı (Bakı, 25-26 dekabr 2015);

2015 8th International Scientific Conference «Science and Society» (London, 24-29   noyabr 2015);

2018 Magistrantların və gənc tədqiqatçıların «Fizika və astronomiya problemləri» Beynəlxalq Elmi Konfrans (Bakı, 24-25 may 2018);

2018 International Conference of Young Scientists Problems of Physics and Astronomy (Baku, 25 may 2018).

Seçilmiş elmi əsərləri

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət