QISA BİOQRAFİK MƏLUMAT
1942-ci il avqust ayının 3-də Zəngilan rayonunda anadan olub
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI:
1959-cu ildə 7 saylı Bakı şəhər orta məktəbini medalla bitirib
1959- 1964 Bakı Dövlət Universitetinin fizika fakültəsini əla qiymətlərlə bitirib.
1966-1969 AMEA-nın Fizika İnstitutuna təyinat alıb,həmin İnstitutun aspirantı olub.
1970 “ GaSe monokristallarında rekombinasiya və yapışma proseslərinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 01.04.10- Yarımkeciricilər və dielektiriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını alıb.
1974 baş elmi işçi vəzifəsinə təyin olunub və həmin ildə Moskva şəhərinə doktorluq dissertasiyası işini davam etmək üçün elmi-tədqiqat - Tətbiqi-Fizika İnstitutuna göndərilib.
1987 “AIIIBVI və AIIIBIIICVI2 - tipli laylı yarımkeçiricilərin monokristallarında və onlar əsasında hazırlanmış işığa həssas quruluşlarda radiasiya effektləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək 01.04.10- Yarımkeciricilər və dielektiriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru adını alıb.
1995 professor
2004 Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin həqiqi üzvüdür.
ƏMƏK FƏALİYYƏTİ
1964-1966 Azərbaycan EA-nın Fizika İnstitutu, baş laborant , mühəndis.
1966-1969 Azərbaycan EA-nın Fizika İnstitutunun aspirantı.
1970-1972 Azərbaycan EA-nın Fizika İnstitutu, kiçik elmi işçi.
1972-1974 Azərbaycan EA-nın Fizika İnstitutu, baş elmi işçi.
1974-1983 Moskva şəhərinə Tətbiqi Fizika Elmi Tədqiqat İnstitutuna ezam olunub.
1983-1987 Tətbiqi Fizika Elmi Tədqiqat İnstitutunun (Moskva ş.) baş elmi işçisi.
1987-1992 Tətbiqi Fizika Elmi Tədqiqat İnstitutunun (Moskva ş.) laboratoriya müdiri.
1992 Azərbaycan Respublikasının Ali Sovetinə sektor müdiri vəzifəsinə dəvət olunub.
1993-1995 Azərbaycan Respublikasının Milli Məclisinin Daimi komissiyalar şöbəsinin müdiri
1995-2020 Azərbaycan Respublikası Milli Məclisinin Sosial Qanunvericilik şöbəsinin müdiri vəzifəsində çalışıb.
2004 2-ci dərəcə Dövlət Müşaviri ixtisas dərəcəsi alıb.
1992-ci ildən hal-hazıradək BDU-nun Yarımkeçiricilər fizikası kafedrasının professorudur.
MÜKAFATLARI VƏ TƏLTİFLƏRİ:
2004 “İkinci dərəcəli Dövlət müşaviri” 2007-ci ildə “ Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
1999 İngiltərə Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən “İlin qadını” adını alıb, həmin Mərkəz tərəfindən çap olunan “XX əsrin görkəmli şəxsləri” ensiklopedik kitabına daxil edilib və “XX əsrin görkəmli şəxsləri” diplomunu və gümüş medalını alıb.
2020 Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə “ ordeni ilə təltif olunmuşdur
TƏDQİQAT SAHƏSİ
Yarımkeçiricilər fizikası: layvari yarımkeçiricilərin elektrik, fotoelektrik və lüminessensiya xassələri, müxtəlif növ ionlaşdırıcı şüaların onlara təsiri.
Yarımkeçirici cihazlar: fotohəssas quruluşlar, fotodiodlar, metal-yarimkeçirici kontaktları, p-i-n quruluşları.
Radiasiya fizikası.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2002 The European Material Research Society Conf. E-MRS-2002 Spring Meeting, Strasbourg, France
2004 XYIII. Mejdun. nauç-texn.konf. po Fotoelektronike i priboram noçnoqo videniya, Moskva,
2006 Mater.of the fourth Eurasian Conf., Nuclear Science and application, Baku, Azerbaijan.
2018 Gəncə Dövlət Universiteti. Beynəlxalq Konfrans
2020 Gəncə Dövlət Universiteti. Beynəlxalq Konfrans