QISA BİOQRAFİK MƏLUMAT
06 yanvar 1952-cü ildə Göyçə mahalının Şorca kəndində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1969 Krasnoselo rayonu Ardanış kənd orta məktəbini bitirib.
1970-1977 Bakı Dövlət Universitetinin Fizika fakültəsinə fizik, fizika müəllimi ixtisası
1978-1982 Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Yarımkeşiricilər fizikası kafedrasının dissertantı
1982 dissertasiya müdafiə edərək "Yarımkeçiricilər və dielektriklər" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi
1987 Yarımkeçiricilər fizikası kafedrasının dosenti elmi adı
2015 "Bərk cisimlər fizikası- 2211.02" ixtisasında fizika üzrə elmlər doktoru elmi
ƏMƏK FƏALİYYƏTİ
1971-1974 Azərbaycan SSR Elmlər Akademiyasının Fizika İnstitunda laborant
1975-ci ildə Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasında laborant
1977-ci ildə baş laborant
1978-ci ildə laboratoriya müdiri
1982-ci ildə assistent
1984-cü ildə baş müəllim
1988-ci ildə dosent
2015-ci ildən kafedranın professoru vəzifəsi
MÜKAFATLARI VƏ TƏLTİFLƏRİ
2019 “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı
TƏDQİQAT SAHƏSİ
«Mürəkkəb tərkibli halkogenid yarımkeçirici birləşmələrdə elektron hadisələri» mövzusunda elmi-tədqiqat işləri aparır. Beş fəlsəfə doktoru və 20-dən çox magistr dissertasiyasına elmi rəhbərlik etmişdir.
Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 160-dan çox elmi işin 6 dərs vəsaitinin, 2 monoqrafiyanın və 2 patent müəllifidir. ED 2.19 Dissertasiya Şurasının üzvüdür.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2017 İnternational Conference Modern Trends in Physics Baku
2018 Gəncə Dövlət Universiteti Beynəlxalq Elmi Konfrans
2018 International Conference on “Energy of the Future; Challenges and Opportunities,” ADNSU
2019 XI Международной научно-технической конференции «Микро и нанотехнологии в электронике» Россия , Нальчик
2021 XII Международной научно-технической конференции «Микро- и нанотехнологии в электронике», Нальчик: Каб.-Балк. ун-т., Россия