QISA BİOQRAFİK MƏLUMAT
29 fevral 1988-ci ildə Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI
1994-2005 Qəbələ rayonu Soltannuxa kənd orta məktəbində təhsil alıb.
2005-2009 Bakı Dövlət Universitetini fizik, fizika müəllimi ixtisası üzrə bitirib.
2010-2013 Bakı Dövlət Universiteti Fizika fakültəsi Yarımkeçiricilər fizikası ixtisası üzrə magistr təhsili alıb.
2017-2021 Bakı Dövlət Universiteti Fizika fakültəsi Yarımkeçiricilər fizikası kafedrasının dissertantı olub.
2022 dissertasiya müdafiə edərək "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
ƏMƏK FƏALİYYƏTİ
2016-2022 Azərbaycan Memarlıq və İnşaat Universiteti Fizika kafedrası “Metal və ərintilər fizikası” ETİ-in kiçik elmi işçi
2022-ci ildən hal-hazıradək Bakı Dövlət Universitetinin Fizika fakültəsi Yarımkeçiricilər fizikası kafedrasının müəllimi
TƏDQİQAT SAHƏSİ
Yarımkeçiricilərdə qeyri-tarazlıqlı elektron və qeyri-xətli optik hadisələrin lazer şüalarının təsiri ilə öyrənilməsi.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2017 “İnternational Conference Modern Trends in Physics” Beynəlxalq elmi konfransı Bakı
2017 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Müasir təbiət elmlərinin aktual problemləri Beynəlxalq Elmi Konfrans”, Gəncə
2018 Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş professor-müəllim heyətinin “Doktorantların və Gənc tədqiqatçıların Beynəlxalq Elmi konfransı”, Bakı
2018 Gəncə Dövlət Universiteti Beynəlxalq Elmi Konfrans Gəncə
2018 Magistrantların və Gənc tədqiqatçıların “Fizika və astronomiya problemləri” Beynəlxalq Elmi Konfransı, Bakı
2018 Tətbiqi fizika və energetikanın aktual məsələləri Beynəlxalq Elmi Konfransın, Sumqayıt
2021 Международная научно–техническая конференция микро и нанотехнологии в электронике, Нальчик, Россия
2022 Dynamics Days Central Asia&Caucasus İnternational conference, Baku, Azerbaijan.