QISA BİOQRAFİK MƏLUMAT
1942-ci il aprelin 13-də Azərbaycan Respublikası Ağstafa şəhərində anadan olub.
TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI:
1959 Ağstafa şəhər 22 №-li orta məktəbini qızıl medalla bitirib.
1959-1964 Bakı Dövlət Universitetinin fizika fakultəsini bitirib.
1975 «Qalliumun bəzi xalkoqenidlərinin optik və fotoelektrik xassələri» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək 01.04.10 – Yarımkeçiricilər və dielektriklər fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adını alıb.
ƏMƏK FƏALİYYƏTİ:
1964-1969 “Maarif” nəşriyyatı, redaktor.
1969-1971 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrası, laborant.
1971-1974 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrası, aspirant
1975-1978 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının assistenti
1978- Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının baş müəllimi
1980 Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasının dosenti
MÜKAFATLARI VƏ TƏLTİFLƏRİ
2019 Təhsil Nazirliyinin fəxri fərmanı,müxtəlif təltifnamələr, BDU-nun 100 illiyinə həsr olunmuş yubiley medalı
TƏDQİQAT SAHƏSİ
Yarımkeçiricilərin texnologiyası, mürəkkəb ikiqat və üçqat yarımkeçirici birləşmələrin alınması.
Yarımkeçiricilərin elektrik, fotoelektrik, optik və lüminessensiya xassələri.
Yarımkeçirici cihazlar: metal-yarımkeçirici kontaktları, homo- və heterokeçidlər.
BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI
2006 XIX Международная научно-техническая конференция по фотоэлектронике и приборам ночного видения, Москва.
2006 TPE-05 2 rd Intern. Conference on Technical and Physical Problems in Power Engineering, Erzurum, Turkiyə.
2006 TPE-06 3 rd Intern. Conference on Technical and Physical Problems in Power Engineering, Ankara, Turkiyə.