Əziz abitruyentlər!
Bakı Dövət Universitetinin Fizika fakültəsi Azərbaycanda fizika sahəsində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlandığı, müasir elmi tədqiqatların aparıldığıi elm və təhsil mərkəzidir. Fizika fakültəsi müasir elmin və iqtisadiyyatın, dövlət idarəetməsinin bütün sahələrində effektiv çalışa bilən yüksəkixtisaslı fiziklərin hazırlanmasını həyata keçirir. Fakültədə fizikanın bir çox istiqamətləri üzrə ciddi tədqiqat işləri aparılır. Müasir dünyada fiziklər universal biliyə malik olmalarına, sistemli düşünə bilmələrinə, tamamilə yeni elmi-texniki məsələləri müstəqil qoyub həll etmək bacarığına görə qiymətləndirilirlər. Hal-hazırda fakültədə ali təhsilin bakalavriat təhsil pilləsində 1080 tələbə, magistratura təhsil pilləsində 120 və doktorantura səviyyəsində 17 nəfər azərbaycan, rus və ingilis dillərində, əyani formada təhsil alır. Bakalavr təhsil pilləsindvə 2 ixtisas üzrə, magistratura təhsil pilləsində 17 ixtisaslaşma, doktorantura səviyyəsində 8 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Fakültə 9 kafedradan və həmin kafedraların nəzdindəki 26 tədris laboratoriyasından ibarətdir. Birinci kursdan tələbələr elmi-tədqiqat işərinə cəlb olunurlar. Tələbələrin elmi fəaliyyətdə fəal iştirakı, onlara rəhbərlik fakültə Tələbə Elmi Cəmiyyəti tərəfindən həyata keçirilir. Tələbələrin tədris və elmi fəaliyyətinə fakültədə çalışan 23 elmlər doktoru (19 professor, 4 dosent), 60 elmlər namizədi-fəlsəfə doktoru, 43 dosent, 19 baş müəllim-müəllim çalışır rəhbərlik edir. Bu məqsədyönlü və əməksevər tələbələrə öz potensiallarını ortaya qoymaq, dərin bilik əldə etmək, təcrübə və lazımi kompetensiyaları qazanmaq imkanı verir.
Əziz abitruyentlər!
Siz BDU-nun Fizika fakültəsini seçməklə öz həyatınızda ən mühüm qərarlardan birini qəbul etmiş olacaqsınız. Fizika fakültəsinin yaradılması ilə Azərbaycanda fizika elminin inkişafının əsası qoyulmuşdur. Bu gün Bakı Dövlət Universitetinin Fizika fakültəsi fizika sahəsində klassik fundamental təhsil və dünya səviyyəli elmi tədqiqatlar deməkdir. Fizika fakültəsi – Bakı Dövlət Universitetinin və respublikamızın qabaqcıl fakültəsi olaraq, Azərbaycanda fizika elminin inkişafına mühüm töhvələr verən, elmi-tədqiqat və təhsil müəssisələri üçün yüksək ixtisaslı, müasir dünyagörüşünə malik mütəxəssis hazırlığını həyata keçirən elm və təhsil mərkəzidir. Fakültə yarandığı gündən tədris və elmi fəaliyyət günün tələblərinə uyğun qurulmuş, bu da daima fakültənin inkişafda olmasını təmin etmişdir. Fakültədə fənlərarası inteqrasiya və elmi tədqiqatlar həyata keçirilir. Fizika fakültəsi böyük elmi-texnoloji və kadr potensialına, elmin və texnologiyanın müxtəlif istiqamətlərində məqsədli kadr hazırlığını həyata keçirmək imkanlarına malikdir. Fizika fakültəsində əldə edilmiş bu və digər keyfiyyətlər fakültə məzunlarının müxtəlif sahələrdə - fundamental və tətbiqi elm, yüksək texnologiyalı istehsalat və informasiya sistemləri sahələrində, dövlət idarəetmə orqanlarında, sənaye və maliyyə biznesində uğurla çalışmalarının zəmini olmuşdur. Fizika fakültəsini seçməklə sizlər gələcəkdə böyük rəqabətin hökm sürdüyü əmək bazarında özünə layiqli mövqe tutmaq üçün tələb olunan bütün keyfiyyətlərə yiyələnməyi təmin etmiş olacaqsınız. Fizika fakültəsi Sizin yolunuzu gözləyir.
Fakültədə bakalvr səviyyəsi üzrə 3 ixtisasda kadr hazırlanır:
Fizika ixtisasında universal kadr hazırlığı aparılır, həmin ixtisası bitirən tələbələr fizika və fizika profilli elmi tədqiqat institutlarında, sənaye-texnoliji parklarında, digər sahələrdə çalışa bilər.
Fizika müəllimliyi ixtisasını bitirən tələbələr fizika müəllimi ixtisasına yiyələnir. Onlar ölkəmizin orta məktəblərində, liseylərində fizika müəllimi kimi fizika fənnini yüksək səviyyədə tədris edə bilərlər.
Fizika mühəndisi ixtisasında fizika üzrə biliklərin tələb olunduğu sənaye sahələri üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlığı aparılır.
Fakültə dekanı.
Əziz abitruyentlər!
Fizika fakültəsinə qəbul I ixtisas qrupu üzrə aparılır. Bu haqda Dövlət İmtahan Mərkəzinin səhifəsində məlumat almaq olar.