Kosmik Hava Proqnozu 14-16 aprel

Kosmik havanın hazırki vəziyyəti – Ötən sutka ərzində Günəş aktivliyi aşağı səviyyədə olmuşdur. 2988 (N14E22, Axx/alpha) oblastı sakit olmuş, parçalanma nümayiş etdirmişdir. 2989 (N18E60, Bxo/beta) oblastı həmçinin az dəyişmiş, sakit olmuşdur. ətən üç gün ərzində yaranan 2990(N16E47, Bxo/beta) kimi sıralanmış oblast aktiv olmamışdır. Hazırda mövcud koronoqraf şəkillərində Yerə yönələn digər CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması)- müşahidə olunmamışdır.

Kosmik hava proqnozu -14 aprel tarixi üçün günəş aktivliyi çox aşağı səviyyədə olacaqdır. 15-16 aprel tarixləri üçün aktiv oblastların qayıtması səbəbindən C sinif alışmaların olacağı ehtimal olunur.

Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu - ötən sutka ərzində Günəşdən gələn elektron selinin parametrləri  normal səviyyədə olmuşlar. Enerjisi 2 Mev olan elektron seli parametrləri 13/13:50 UTC-də pik həddə çatmışdır. Enerjisi 10 Mev olan proton seli parametrləri fon səviyyəsində olmuşdur.

14-16 aprel tarixləri üçün yüklü zərrəciklərin sel parametrlərinin normal səviyyədə olacağı gözlənilir.

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – günəş küləyi parametrlərini ölçən DSCOVR peykindən CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar)-və davam edən CME təsiri müşahidə olunmuşdur.

Ümumi maqnit sahəsi pik rəqəmə-11 nTl –a çatmış, sonradan 8 nTl-a kimi azalmışdır. Bz komponenti periodun yarısında şimal istiqamət almaqdan əvvəl cənub istiqamətdə -4nTl ilə -6 nTl aralığında dəyişmişdir. Günəş küləyi 500 km/s olmuş, sonradan 420 km/s-kimi azalmışdır.

11 aprel tarixində baş vermiş və 14 aprel tarixində Yerə çatacaq olan CME təsiri nəticəsində Günəş küləyi parametrlərinin artacağı ehtimal olunur. 15-16 aprel tarixlərdə bu davam edə bilər.

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Ötən sutka ərzində geomaqnit sahə sakit səviyyə ilə qeyristabil səviyyə arasında olmuşdur. 11 aprel tarixində baş vermiş CME –nin 14 apreldə çatması nəticəsində G2 (zəif-orta) maqnit qasırğasının olacağı gözlənilir.15 aprel tarixi üçün davamedən CME effektləri nəticəsində G1(mülayim) maqnit qasırğanın qalacağı ehtimal olunur. 16 aprel tarixi üçün davamedən CME və aktiv CH HSS təsiri nəticəsində geomaqnit sahənin dayanıqsız və aktiv periodlu səviyyədə olacağı gözlənilir.

Günəşdə alışmaların baş vermə ehtimalı: C sinif alışmalar üçün 15%, M sinif alışmalar üçün 1% və X sinif alışmalar üçün isə 1% -dir.

Kp əmsalı: 14-16 aprel 2022-ci il tarixində Kp əmsalı 2-6 intervalında dəyişəcəkdir.

Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

Kosmik hava: faktlar.

Son X sinif alışma:   X1.3 -       30.03.2021

Son M sinif alışma:   M4.3 -       02.04.2022

Son maqnit  qasırğa: Kp7(G3) – 10.04.2022

 

 

 Şəkil 1.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir.

 

 

Şəkil 2.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir.

 

 

Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir

 

 

Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. 

 

 

Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.

 

Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər.

 

Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 14-16 aprel 2022-ci il tarixləri üçün 2-6 intervalında dəyişəcəkdir.

 

 

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

 

Kp 0-2

3-5

6-7

8-9

9

qasırğa sakit

mülayim

orta

böyük

güclü

G  

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

 

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

 

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət