Kosmik Hava Proqnozu 14- 16 iyul

 Kosmik havanın hazırki vəziyyəti –Günəşdə aktivlik aşağı səviyyəyə düşmüşdür.  3055 (S17W21, Eki/beta) və 3057 (N15E45, Eho/beta) oblastları ölçülərini artırmaqda davam etmişlər. 3056 (S17E23, Cao/beta) oblastı stabil olmuşdur. 3053 (N15W34, Eko/beta) oblastı bir çox ləkələri itirərək dağılmışdır. 3052 (N15, Lo=157) oblastı çox xırda hissələrə parçalanmışdır. Bu oblastlarda rentgen şüalanma fonunun zəif artımı müşahidə olunmuşdur. Günəşdən Yerə yönəlmiş CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmamışdır.

Kosmik hava proqnozu -14-16 iyul 2022-ci il tarixləri üçün Günəş aktivliyinin aşağı səviyyədə olacağı gözlənilir. M(R1-R2- zəif radiokəsilmələr) alışmaların baş verəcəyi ehtimal olunur. 16 iyul tarixinədək çox kiçik ehtimalla X (güclü və ya radiosiqnalların güclü kəsilməsi) alışmalar baş verə bilər.

Günəşdən  gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu - ötən gün ərzində Günəşdən gələn 2 Mev enerjili elektron seli parametrləri normal səviyyə ilə yüksək səviyyə arasında, enerjiləri 10 Mev olan proton seli parametrləri isə normal səviyyədə olmuşdur.

14-16 iyul 2022-ci il tarixləri üçün enerjisi 2 Mev olan elektron seli parametrlərinin  orta səviyyə ilə yüksək səviyyə arasında olacağı və günəşdə ləkələrin sayı artdıqda proton seli parametrlərinin yüksələrək (S1 Minor) səviyyəsini keçən 10 Mev-dən böyük enerjilərə malik olacağı proqnozlaşdırılır.

 

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyi parametrlərini ölçən DSCOVR (Deep Space Climate Observatory –Dərin kosmik mühit observatoriyası – Günəş Yer sistemində L1 nöqtəsində yerləşən, Yer və kosmik havanı müşahidə edən, günəş küləyi və planetlərarası maqnit sahəsi haqqında real zamanda məlumatları verən kosmik aparat) peykindən çəkilən şəkillərə əsasən CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsirinin azalması müşahidə olunmuşdur. Günəş küləyinin sürəti günün sonunda yüksələrək 530 km/s, ümumi maqnit sahəsi isə 6 nTl olmuşdur. Bz komponenti dəyişməmişdir.

Planetlərarası maqnit sahəsi zəiflədiyinə görə 16 iyul 2022-ci il tarixinədək günəş küləyi parametrlərinin normallaşacağı, günəş küləyinin sürətinin fon səviyyəsində olacağı ehtimal olunur.

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Ötən sutka ərzində geomaqnit sahə sakit səviyyədə olmuşdur. CH HSS zəiflədiyi üçün 14-16 iyul tarixlərində sakit və ya qeyristabil  geomaqnit şərait gözlənilir.

Günəşdə alışmaların baş vermə ehtimalı: 14 iyul 2022-ci il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 35% və X sinif alışmalar üçün isə 10% -dir.

Kp əmsalı: 14-16 iyul 2022-ci il tarixində Kp əmsalı 1-3 intervalında dəyişəcəkdir.

Kosmik hava: faktlar.

Son X sinif alışma:   X1.5 -          10 may 2022

Son M sinif alışma:   M1.1 -         11 iyul 2022

Son maqnit  qasırğa: Kp5(G1) –    12 iyul 2022

 

Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

 

Şəkil 1.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir

 

 

Şəkil 2.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir.

Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir

 

 

Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. 

Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.

 

 

 

Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.

 

 

 

 

Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər.

 

 

Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 14-16 iyul 2022-ci il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir.

 

 

 

 

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

 

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət