Kosmik Hava Proqnozu 19-21 avqust

 Kosmik havanın hazırki vəziyyəti – Günəş küləyi parametrləri CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) -in təsirinin davam etdiyini və günəşdə baş verən alışmaların bir (və ya bir neşə) CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) ilə nəticələnəcəyini göstərir. Ötən gün ərzində planetlərarası maqnit sahəsi 15nTl-dan 8nTl-dək azalmışdır. Bz komponenti -8nTl dəyişmişdir. Günəş küləyi plazmasının sıxlığı artmış, sürəti 580 km/s kimi yüksəlmişdir. Ötən üç gün ərzində günəş küləyi mühitinin təsirinin artması davam edən CH HSS Yerə CME təsirinin olacağını göstərir.   

 Kosmik hava proqnozu -16-17 avqust tarixlərində yaranmış CME -lərin əlavə keçid effektləridə nəzərə alınmaqla 19-20 avqust tarixlərində günəş küləyi parametrləri CME təsirini nümayiş etdirəcəkdir. Aktivliyin azalması səbəbindən 21 avqust tarixdən etibarən günəş küləyi mühiti normal səviyyəyə qayıdacağı ehtimal olunur.  

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Ötən sutka ərzində geomaqnit sahə sakit səviyyə ilə yüksək dayanıqsız səviyyə arasında olmuşdur. 18 avqust tarixində günün ikinci yarısında geomaqnit sahə G1 (kiçik) qasırğa səviyyəsində olmuşdur.

Davam edən CME və HSS təsir ilə 19 avqust tarixində geomaqnit sahə  G1-G2 (nəzərə alınanacaq-güclü) qasırğa səviyyəsində olacaq. 20 avqust tarixində CME-nin təsirinin saxlanacağı və HSS təsinin azalması səbəbindən qasırğa G1 səviyyəsinə enəcəkdir. 21 avqust tarixindən etibarən geomaqnit sahənin normal səviyyəyə qayıdacağı ehtimal olunur.

Günəşdə alışmaların baş vermə ehtimalı: 19 avqust 2022-ci il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 40% və X sinif alışmalar üçün isə 10% -dir.

Kp əmsalı: 19-21 avqust 2022-ci il tarixində Kp əmsalı (proqnozlaşdırılan geomaqnit şərait) 2-6 intervalında dəyişəcəkdir.

Kosmik hava: faktlar.

Son X sinif alışma:   X1.5 -          10 may 2022

Son M sinif alışma:   M1.3 -         18 avqust 2022

Son maqnit  qasırğa: Kp5(G1) –    18 avqust 2022

 

Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

 

Şəkil 1.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir

 

 

Şəkil 2.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir.

Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir

 

 

Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. 

Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.

 

 

 

Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.

 

 

 

 

Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər.

 

 

Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 19-21 avqust  2022-ci il tarixləri üçün 2-6 intervalında dəyişəcəkdir.

 

 

 

 

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

 

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət