Kosmik havanın hazırki vəziyyəti – Günəşin görünən diskində yeddi qrup ləkə mövcud olmuşdur. Günəşdə aktivlik aşağı səviyyədə saxlanmışdır. Günəş rentgen şüalanma seli əsasən C sinif səviyyəsində qalmışdır. 18/22:02-UTC-də baş vermiş M1/sf alışmasında tac kütlə atılması əlamətləri olmadığına görə bu alışma fon artımına səbəb ola bilməmişdir. 3014(N21E17, Eks/beta-qamma-delta) oblastında ləkələrin sahəsinin artması müşahidə olunmuşdur. Güclü yerdəyişmə müşahidə edilməmişdir. Bu oblastda optik subalışmalar və zəif güclənmə və ya minimal C alışmalar olmuşdur. 3007(S22W61, Cso/beta) oblastı sakit və zəif parçalanmasını davam etdirmişdir. 3018 (S11E41, Axx/alpha) oblastı bipolyar konfiqrasiyasını itirmiş və dağılmaqda davam etmişdir. Digər oblastlar çox cüzi dəyişmişlər. Bir neçə zəif CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunsada onlar Yerə istiqamətlənməmişlər. Hazırda Yerə yönələn CME müşahidə olunmamışdır.
Kosmik hava proqnozu -19-21 may 2022-ci il tarixləri üçün günəş aktivliyinin aşağı səviyyədə olacağı ehtimal olunur. 3014 oblastında davam edən alışmalar səbəbindən müəyyən ehtimalla M (M1-M2 zəif –orta radiokəsilmə) və çox kiçik ehtimalla X (R1-güclü radiokəsilmə) alışmalar ola bilər.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu - ötən sutka ərzində Günəşdən gələn 2 Mev enerjili elektron seli və enerjiləri 10 Mev olan proton seli parametrləri normal səviyyədə olmuşdur.
19-21 may tarixləri üçün enerjisi 2 Mev olan elektron seli normal səviyyədən yüksək səviyyəyə yüksələcəyi və enerjisi 10 Mev olan proton seli parametrlərinin isə normal səviyyədə qalacağı proqnozlaşdırılır.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyi parametrlərini ölçən DSCOVR peykindən çəkilən şəkillər CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar)-təsirinin azaldığını göstərmişdir. Ümumi maqnit sahə induksiyası 3-7 nTl olmuş, Bz əsasən sabit qalmışdır. Günəş küləyinin sürəti 550 km/s -dən 435-500 km/s-ə azalmışdır.
19-21 may tarixləri üçün CH HSS təsiri ilə günəş küləyi parametrlərinin yüksək səviyyədə ola biləcəyi və həyacanlaşacağı ehtimal olunur. Digər CH HSS 20 may tarixinədək təsir edəcək, 21 may tarixindən azalmağa başlayacaqdır. 17 may tarixində baş vermiş CME- ilə əlaqədar keçid effektləri ola bilər.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Ötən sutka ərzində geomaqnit sahə sakit səviyyə ilə qərarlaşmamış səviyyə aralığında olmuşdur. CH HSS-in müxtəlif təsir effektləri səbəbindən 19-21 may tarixləri üçün geomaqnit sahənin qeyristabil səviyyə ilə sakit səviyyə aralığında olacağı ehtimal olunur. 21 may tarixində CH HSS təsiri azaldığına görə geomaqnit sahənin əsasən sakit, qeyristabil səviyyədə olacağı gözlənilir.
Günəşdə alışmaların baş vermə ehtimalı: 19 may 2022-ci il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 35% və X sinif alışmalar üçün isə 15% -dir.
Kp əmsalı: 19-21 may 2022-ci il tarixində Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.5 - 10 may 2022
Son M sinif alışma: M1.1 - 18 may 2022
Son maqnit qasırğa: Kp5(G1) – 30 aprel 2022
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir |
Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir. |
||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir |
Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. |
||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.
|
Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
|
||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 19-21 may 2022-ci il tarixləri üçün 1-2 intervalında dəyişəcəkdir.
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html