Kosmik havanın hazırki vəziyyəti – Ötən sutka ərzində Günəş aktivliyi aşağı səviyyədə olmuşdur. 2993 (N19W32, Dks/beta-qamma-delta) oblastında ötən period ərzində ən böyük: 24/04:12 UTC-də C3/Sf alışması vermişdir. Bundan sonra alışma yaranmış və oblastdan cənub istiqamətdə tac dəliyi yaranmışdır. Bu CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) SOHO/LASCO koronoqraf şəkillərdə müşahidə olunmuşdur. Lakin yaranan CME Yerə istiqamətlənməmişdir. 2994 (N14W27, Eki/beta-qamma) oblastı isə aktiv olmuş, bir neçə C alışma vermişdir. 2991 (S23W63, Axx/alpha), 2995 (N15E02, Hhx/alpha), 2996 (N26E15, Cao/beta), 2997 (N13E49, Bxo/beta) və 2998 (S19W01, Hax/alpha) oblastları sakit və stabil olmuşlar.
Hazırda mövcud koronoqraf şəkillərində Yerə yönələn CME müşahidə olunmamışdır.
Kosmik hava proqnozu -25-27 aprel tarixləri üçün günəş R1-R2 (nəzərə alınmayacaq-zəif) radiosiqnalların kəsilməsinə gətirən aktivlik nümayiş etdirəcəkdir. Aktivlik nəticəsində bu periodda R3 (güclü) radiosiqnalların kəsilməsi da ehtimal olunur.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu - ötən sutka ərzində Günəşdən gələn elektron selinin və enerjisi 10 Mev olan proton selinin parametrləri fon səviyyəsində olmuşdur.
25-27 aprel tarixləri üçün elektron selinin və enerjisi 10 Mev olan proton selinin parametrləri fon səviyyəsində qalacağı ehtimal olunur.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – planetlərarası maqnit sahəsi fon səviyyəsində olmuşdur. Ümumi maqnit sahəsi 6 nTl və daha kiçik olmuşdur. Bz komponenti çox az dəyişmişdir. CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) təsiri azaldığından günəş küləyi nisbətən artmışdır.
25 aprel tarixi üçün günəş küləyi parametrləri normal səviyyədə olacağı gözlənilir. Əks halda parametrlər 27 aprel tarixində normal şəraitə uyğun olacaqdır.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Ötən sutka ərzində geomaqnit sahə sakit səviyyədə olmuşdur. 25-27 aprel tarixləri üçün də geomaqnit sahənin sakit olacağı gözlənilir. CH HSS azalan təsiri nəticəsində 25 aprel günün ikinci yarısında qərarlaşmamış geomaqnit şərait ola bilər.
Günəşdə alışmaların baş vermə ehtimalı: C sinif alışmalar üçün 95%, M sinif alışmalar üçün 40% və X sinif alışmalar üçün isə 10% -dir.
Kp əmsalı: 25-27 aprel 2022-ci il tarixində Kp əmsalı 1-3 intervalında dəyişəcəkdir.
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X2.2 - 20.04.2021
Son M sinif alışma: M3.4 - 22.04.2022
Son maqnit qasırğa: Kp5(G1) – 15.04.2022
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir.
Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir.
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir
Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər.
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.
Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər.
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 21-23 aprel 2022-ci il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir.
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html
https://mms.rice.edu/forecast.html