Kosmik Hava Proqnozu
Kosmik havanın hazırki vəziyyəti – Ötən üç gün ərzində 3016 (S18W47) oblastı ətrafında baş verən M1.3/1n alışmalar səbəbindən Günəşdə aktivlik orta səviyyədə olmuşdur. Bu alışmalar səbəbindən 25/18:17 UTC-də sürəti 994 km/s olan II növ radioaktivlik şüalanma müşahidə olunmuşdur. GOES (Geostationary Operational Environmental Satellite -Ətraf mühit geostasionar operativ peyk) SUVİ (Solar Ultraviolet Imager- Günəş ultrabənövşəyi- GOES -16 peykində olan və uzaq ultrabənövşəyi diopozonda altı müxtəlif dalğa uzunluğunda Günəşin müşahidəsini aparan cihaz) şəkillərinə görə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) baş vermə ehtimalı olmuşdur. Tacın qaralması, EUV (Extreme ultraviolet –124 nm-dən 10 nm-dək intervalda dalğa uzunluqlu ekstremal ultrabənövşəyi dalğalar) müşahidə olunmuşdur. 25/18:48 UTC-də cənub qərbə yönəlmiş dəqiq siqnatura ilə müşahidə olunan CME aşkarlanmışdır. Dəqiq analiz aparılması üçün əlavə koronoqraf şəkillərə ehtiyac vardır.
Günəşin görünən diskində yeddi qrup ləkələr müşahidə olunmuşdur. 3014 (N22W74, Dkc/бета-дельта) oblastı tədricən dağılır və qeyriaktiv olmuşdur. 3017 (N12W57, Dso/бета) oblastı cüzi dəyişikliyə məruz qalmış və əsasən stabil olmuşdur. Digərlərində aktiv dəyişiklik olmamışdır.
Kosmik hava proqnozu -26 may 2022-ci il tarixi üçün müəyyən ehtimalla M sinif (R1-R2 zəif-orta radiorabitə kəsilməsi) və kiçik ehtimalla X sinif (R3-güclü radiorabitə kəsilməsi) alışmalar baş verəcəkdır. 27-28 may tarixləri üçün M sinif alışmalarla aşağı səviyyədə günəş aktivliyi müşahidə olunacaqdır.
Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu - ötən sutka ərzində Günəşdən gələn 2 Mev enerjili elektron seli və enerjiləri 10 Mev olan proton seli parametrləri normal səviyyədə olmuşdur.
26-28 may tarixləri üçün günəş küləyinin sürətinin artması səbəbindən enerjisi 2 Mev olan elektron seli parametrlərinin CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar) səbəbindən normal səviyyədən yüksək səviyyəyə yüksələcəyi və enerjisi 10 Mev olan proton seli parametrlərinin isə normal səviyyədə qalacağı, bununla yanaşı 26 may tarixlərində S1 (zəif) günəş radiasiya qasırğası olacağı proqnozlaşdırılır.
Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyi parametrlərini ölçən DSCOVR (Deep Space Climate Observatory –Dərin kosmik mühit observatoriyası – Günəş Yer sistemində L1 nöqtəsində yerləşən, Yer və kosmik havanı müşahidə edən, günəş küləyi və planetlərarası maqnit sahəsi haqqında real zamanda məlumatları verən kosmik aparat) peykindən çəkilən şəkillər planetlərarası maqnir sahəsinin zəif həyacanlaşması və güclənməsini, eləcədə CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar)-təsirinin davam etdiyini göstərmişdir. Ümumi maqnit sahə induksiyası 25/02:00 UTC-də maqnit sahə induksiyası 2-3 nTl olmuş, 25/08:59-UTC-də pik həddə 9nTl- qiymətinə yüksəlmiş, sonradan müntəzəm azalmalar müşahidə olunmuşdur. Bz isə əsasən şimala yönəlmişdir. Günəş küləyinin sürəti əsasən 350-400 km/s intervalında dəyişmişdir.
Hazırda planetlərarası maqnit sahsinin dəyişməsinin dəqiq səbəbi təyin olunmamışdır. 23 zəif CH HSS təsiri ilə günəş küləyi parametrləri yüksək səviyyədə olacağı, 26 may tarixində izolə olunmuş CH HSS yaranacağı və 28 may tarixinədək günəş küləyinin artmış sürətlərinin saxlanacağı gözlənilir. Hazırki M1.3 alışması ilə baş vermiş CME tədqiq olunur və istənilən potensial və ya qismət yaradacağı geomaqnit effektlər modelləşdirilir. Günəş küləyinə təsir edəcək nəticələr 27-28 may tarixlərində proqnozlaşdırıla biləcəkdir.
Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Ötən sutka ərzində geomaqnit sahə sakit səviyyədə olmuşdur. CH HSS-in müxtəlif təsir effektləri səbəbindən 26-27 may tarixləri üçün geomaqnit sahə sakit səviyyə ilə qeyriastabil səviyyə aralığında olacağı gözlənilir. CH HSS təsiri azaldığına görə 28 may tarixi üçün geomaqnit sahənin əsasən sakit və qeyri stabil səviyyədə olacağı gözlənilir.
Günəşdə alışmaların baş vermə ehtimalı: 26 may 2022-ci il tarixində C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün30% və X sinif alışmalar üçün isə 10% -dir.
Kp əmsalı: 26-28 may 2022-ci il tarixində Kp əmsalı 1-4 intervalında dəyişəcəkdir.
Kosmik hava: faktlar.
Son X sinif alışma: X1.5 - 10 may 2022
Son M sinif alışma: M1.3 - 25 may 2022
Son maqnit qasırğa: Kp5(G1) – 30 aprel 2022
Qeyd:
- Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi) tərəfindən yenilənir.
- Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.
A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.
C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.
M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır.
X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa, bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.
Şəkil 1. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir |
Şəkil 2. Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir. |
||
Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir |
Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. |
||
Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.
|
Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic nd Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.
|
||
Şəkil 7 və 8. LASCO (Large Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər. |
Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 26-28 may 2022-ci il tarixləri üçün 1-4 intervalında dəyişəcəkdir
|
Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.
Kp |
0-2 |
3-5 |
6-7 |
8-9 |
9 |
qasırğa |
sakit |
mülayim |
orta |
böyük |
güclü |
G |
|
Kp=5, G1 |
Kp=6, G2 Kp=7, G3 |
Kp=8, G4
|
Kp=9, G5 |
https://soho.nascom.nasa.gov/data/realtime-images.html
https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html