Kosmik Hava Proqnozu 28-30 aprel

 Kosmik havanın hazırki vəziyyəti – Ötən period ərzində Günəş aktivliyi  aşağı səviyyədə olmuşdur. Bu period ərzində 2996 (N25L=66) oblastında 27/14:54 UTC-də ən güclü C7/2 alışması baş vermişdir. Bu SOHO/LASCO C2 koronoqrafında 27/15:05 UTC-də qeydə alınmışdır. Yerə yönələn komponentinin olub-olmamasını dəqiqləşdirmək üçün əlavə analiz və şəkillərə ehtiyac vardır. Digər oblastlarda cüzi dəyişiklik müşahidə olunmuşdur. Yerə yönələn digər CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) müşahidə olunmamışdır.

Kosmik hava proqnozu -28-30 aprel tarixləri üçün günəş aktivliyinin yüksək səviyyədə olacağı, R1-R2 (nəzərəalınmayacaq-zəif) alışmaların baş verəcəyi ehtimal olunur.

Günəşdən gələn yüklü zərrəciklər selinin hazırki vəziyyəti və proqnozu - ötən sutka ərzində Günəşdən gələn elektron və proton seli parametrləri normal səviyyədə olmuşdur.

Enerjisi 2 Mev olan elektron seli parametrləri 28-30 aprel tarixləri üçün normal səviyyədə olacaqdır. 29 aprel tarixinədək enerjisi 10 Mev olan proton seli parametrlərinin S1-minor səviyyəsinə yüksələcəyi ehtimal olunur.   

Günəş küləyinin hazırki vəziyyəti və proqnozu – ötən periodda Günəş küləyi parametrlərini ölçən DSCOVR peykindən çəkilən şəkillərdə CH HSS (Coronal Hole High Speed Stream- Tac Dəliklərindən Çıxan Yüksək Sürətli Axınlar)-təsirinin keçid xarakterində olmasını müşahidə olunmuşdur. Ümumi maqnit sahə induksiyası 5 nTl-dan pik həddə 12 nTl-ya yüksəlmiş, Bz istiqamətini saxlayaraq -5nTl olmuşdur. Günəş küləyinin sürəti 400 km/s-dən 509 km/s kimi yüksəlmişdir.

28-30 aprel tarixləri üçün günəş küləyi parametrlərinin CH HSS təsiri nəticəsində hazırki vəziyyətdən aşağı olacağı ehtimal olunur. CH HSS təsiri nəticəsində isə 29 aprel tarixindən başlayaraq günəş küləyi parametrləri arta bilər.

Geomaqnit sahənin hazırki vəziyyəti və proqnozu – Ötən sutka ərzində geomaqnit sahə G1(mülayim) maqnit qasırğa səviyyəsində olmuşdur. Geomaqnit sahə CH HSS təsiri nəticəsində qeyristabil şəraitdə olacaq, qeyristabil haldan aktiv hala keçəcək və 28 aprel tarixindən G1(minor) səviyyəsində olacaqdır. 29 aprel tarixi üçün isə CH HSS təsiri  ilə G1 (mülayim) aktiv geomaqnit səviyyədə olacağı ehtimal olunur.

Günəşdə alışmaların baş vermə ehtimalı: C sinif alışmalar üçün 99%, M sinif alışmalar üçün 25% və X sinif alışmalar üçün isə 5% -dir.

Kp əmsalı: 28-30 aprel 2022-ci il tarixində Kp əmsalı 1-5 intervalında dəyişəcəkdir.

Qeyd:

  1. Kp orta və yüksək enliklərdə proqnozlaşdırılan geomaqnit şəraiti göstərir. Bu qiymətlər 3 saatlıq periodla qarşıdakı 3 sutka ərzində gözlənilən geomaqnit aktivliyi göstərir. Bu qarşıdakı 3 sutka ərzində geomaqnit şəraitin necə olacağını öyrənmək üşün ən sadə imkandır. Proqnozlar gündəlik olaraq SWPC NOAA (Speace  wezther prediction center national oceanic and atmospheric administration -Kosmik hava proqnozu mərkəzi milli okean və atmosfer idarəetməsi)  tərəfindən yenilənir.
  2. Alışmalar: A və B sinif alışmalar sakit, C sinif alışma zəif, M sinif alışma güclü, X sinif alışmalar əsas alışmalar sinfidir. Hər sinif alışma 1-dən 9-a kimi fərqləndirilir: A1, A2,..., A9, B1, B2, ...B9, C1, C2,..., C9. X sinif alışmaların növləri isə davam edir. Məsələn: X10 və daha yüksək alışmalar “super X sinif günəş alışmaları” adlanır.

A və B sinif alışmalar Günəş fonunda minimum və maksimum səviyyələrə uyğun gəlir və tədqiqat üçün maraqlı deyildir.

C sinif alışmalar praktik olaraq Yerə təsir edə bilmir.

M sinif alışmalar isə R1-R2 zəif və təsirli olaraq radiadalğaların yayılmasını əngəlləyə bilir və hətta pozulmasına gətirir. Orta M sinif alışmalar günəş radiasiya qasırğası yarada bilir. Güclü və davam edən M sinif alışmalar isə CME (Coronal Mass Ejection – Tac Kütlə Atılması) yarada bilər. Bu, M alışmaların günəşin səthinin hansı hissəsində baş verməsindən asılıdır. 

X sinif alışmalar ən böyük və güclü alışmalardır. Bu sinif alışmalar ildə təqribən 10 dəfə baş verir və əsasən günəş maksimumu vaxtı müşahidə olunur. X sinif alımalar zamanı Yerin gündüz olan səthində radiodalğaların yayılmasına olan maneələr (R3-R5) güclü səviyyədən daha yüksək-ekstremal səviyyəyə qalxır. Əgər bu alışma Yerə yönəlmiş günəş diskinin ortasında baş vermiş olarsa,  bu zaman güclü, davam edici günəş radiasiya qasırğası yaranır və güclü CME meydana gəlir ki, bu da Yerdə güclü (G4) və ekstremal (G5) səviyyədə geomaqnit qasırğa yarada bilər.

Kosmik hava: faktlar.

Son X sinif alışma:   X1.1 -       17.04.2022

Son M sinif alışma:   M4.4 -      17.04.2022

Son maqnit  qasırğa: Kp5(G1) – 15.04.2022

 

 

 

 Şəkil 1.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 131 A (anqstrem) -də Günəşin şəkli (FeVIII, FeXXII, FeXX) və Günəş tacının məşəl oblaştı göstərilmişdir.

 

 

Şəkil 2.  Şəkildə ionlaşmış dəmirin şüalandırdığı uzaq ultrabənövşəyi dalğa uzunluğu olan 94 A-də Günəşin şəkli (FeXVIII) və Günəş tacının məşəl oblastı göstərilmişdir.

 

 

Şəkil 3. Şəkildə Günəş, sakit tac fəallığı oblastlarında ionlaşmış dəmirin şüalandırdığı 171 A-ə (FeIX) bərabər ən uzaq ultrabənövşəyi dalğa uzunluğunda göstərilmişdir

 

 

Şəkil 4. Şəkildə Günəş, qaynayan səthindən gələn işıq 304 A-də (HeII) dalğa uzunluğunda göstərilmişdir. Bu xətt xromosferdə ionlaşmış heliumun şüalandırdığı ən uzaq ultrabənövşəyi dalğa uzunluğudur. Protuberanslar kənarlarda meydana çıxa bilər. 

 

 

Şəkil 5. SDO/HMİ Continuum İmage (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Continuum İmage-Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnitoqram Skaner davamedici şəkil) - Günəşi müşahidə edən və geostasionar orbitdə yerləşdirilmiş kosmik aparatdan çəkilmiş davamlı şəkildə günəş alışmalarını müşahidə etmək mümkündür.

 

 

Şəkil 6. SDO/HMİ Maqnetogram İmace (Solar Dynamics Observatory Helioseismic and Magnetic Imager Maqnetogram İmage- Günəş Dinamikası Rəsədxanası Helioseysmik və Maqnit Skaner Maqnetoqram Şəkil ) - şəkil Günəş maqnit sahəsinin dəyişməsini göstərir.

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 7 və 8. LASCO (Large  Angle Specrtoçetric Coronograph -Geniş Bucaqlı Spektrometrik Koronoqraf) bir başa Günəşdən gələn işığın okult disk vasitəsi ilə qarşısını almaqla, cihazın içində süni şəkildə günəş tutulmasını yaradaraq günəş tacının şəkillərini çəkib qeydə ala bilir. Günəş diskinin mövqeyi şəkildə ortada ağ dairə ilə görünür. Tacın ən mühüm xüsusiyyəti, ümumiyyətlə tac stimerləri-axınlarıdır. Bunlar həm C2, həmdə C3-də görülə bilən radial zolaqlar kimi müşahidə olunur. Bəzən Günəşdən uzaqlaşan və hər iki koronoqrafın giriş sahələrini keçə bilər CME müşahidə oluna bilər. Sağ yuxarı küncdə gizli diski saxlayan dəstəyin mərkəzə çatan kölgəsi görünür. C2-də alınan şəkillər Günəşdən 8,4 milyon kilometrə qədər olan daxili Günəş tacını göstərir. C3-də alınan şəkillər isə daha geniş görüş sahəsinə malikdir. Günəşin 32 diametrinə bərabər məsafəni əhatə edir. Görüntülərin diametri Günəşdən 45 milyon kilometr və ya Merkuri orbitinin diametrinin yarısına bərabərdir. Bu görüntüdə bir çox parlaq ulduzlar da görünə bilər.

 

Şəkil 9. Maqnit qasırğanın loqarıfmik indeksini xarakterizə edən Kp əmsalının orta qiyməti 18-20 aprel 2022-ci il tarixləri üçün 2-4 intervalında dəyişəcəkdir

 

 

Kp-nin qiymətlərindən asılı olaraq maqnit qasırğanın gücünü göstərən cədvəl.

 

Kp

0-2

3-5

6-7

8-9

9

qasırğa

sakit

mülayim

orta

böyük

güclü

G

 

Kp=5, G1

Kp=6, G2

Kp=7, G3

Kp=8, G4

 

Kp=9, G5

 

https://soho.nascom.nasa.gov/data/realtime-images.html

https://www.spaceweatherlive.com/ru/avroralnaya-aktivnost/avroralnyy-prognoz.html

https://mms.rice.edu/forecast.html

 

 

 

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət