9 sentyabr 1924-cü ildə anadan olmuşdur. 1940-cı ildə BDU-nun Fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1946-cı ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1953-cü ildə elmlər namizədi, 1971-ci ildə elmlər doktoru dissertasiyasını müdafiə etmişdir. 1976-cı ildə professor adı almışdır. 2003-cü ildə AMEA-nın müxbir üzvü seçilmişdir. 1958-1975-ci llərdə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1975-1992-ci illərdə BDU-nun Astrofizika kafedrasının müdiri, 1992-2009-cu illərdə kafedranın professoru vəzifəsində çalışmışdır.
Elmi fəaliyyəti, əsasən, Günəş fizikası və planetar dumanlıq fizikası ilə əlaqədar olmuşdur. Yerli və xarici elmi nəşrlərdə dərc olunmuş 80-ə yaxın elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 12 nəfər magistr dissertasiyası yerinə yetirilmiş, 1 elmlər namizədi hazırlanmışdır. 2 dərslik və 1 monoqrafiyanın müəllifidir. “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. “Azərbaycan Astronomiya jurnalı”nın Redaksiya Heyətinin üzvü olmuşdur