CABAROV SAKİN HƏMİD OĞLU

CABAROV SAKİN HƏMİD OĞLU

CABAROV SAKİN HƏMİD OĞLU

30 avqust 1983-cü ildə Xaçmaz rayonunun Dədəli kəndində anadan olub. 1990-2000-ci illərdə Q.Mövlanov adına Dədəli kənd orta məktəbində təhsil alıb və orta məktəbi "əla" qiymətlərlə bitirib. 2001-ci ildə BDU-nun Fizika fakültəsinə daxil olub, 2005-ci ildə BDU-nu fizika ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2005-ci ildə BDU-nun Fizika fakültəsinin magistraturasına daxil olub, 2007-ci ildə kvant elektronikası üzrə fərqlənmə diplomu ilə bitirib. 2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olub. 2009-2012-ci illərdə AMEA Fizika İnstitutunun aspirantı olub. 2012-ci ildə dissertasiya müdafiə edərək "Yarımkeçiricilər və dielektriklər fizikası" ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2017-ci ildə "Yarımkeçiricilər fizikası" ixtisası üzrə dosent elmi adını alıb. 2017-2021-ci illərdə AMEA Fizika İnstitutunun elmlər doktoru proqramı üzrə doktarantı olub. 2021-ci ildə dissertasiya müdafiə edərək "Kristalloqrafiya, kristallar fizikası" ixtisasında fizika elm sahəsi üzrə "Elmlər doktoru" elmi dərəcəsini alıb.

2005-2018-ci illərdə AMEA Fizika İnstitutunda texnik, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi, 2010-2014 və 2017-2018-ci illərdə Rusiyanın Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda elmi işçi, böyük elmi işçi, 2014-2015-ci illərdə Almaniyanın Bayrot Universitetində postdok, 2017-2022-ci illərdə ADPU-nun Ümumi fizika kafedrasında dosent, 2019-2022-ci illərdə AMEA Radiasiya Problemləri İnstitutunda aparıcı elmi işçi vəzifələrində çalışıb. 2018-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali attestasiya komissiyasında məsləhətçi, sector müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb. Azərbaycan Respublikası Prezidentinin 27 may 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin müavini təyin edilib.

Seqnetoelektrik, ferromaqnit, yarımkeçirici xassələrə malik bərk cisimlərin Kristal quruluşlarını və quruluş faza keçidlərinin tədqiqi istiqamətində elmi tədqiqatlar aparır. Elmi rəhbərliyi ilə 1 fəlsəfə doktoru yetişib. Scopus və Web of Science bazalarına daxil olan 110 elmi işin müəllifidir. Beynəlxalq “Advanced Physical Research” jurnalının baş redaktorudur. Azərbaycan Elm Fondunun, SOCAR-ın Elm Fondunun, İslam İnkişaf Bankının, Rusiya Fundamental Tədqiqatlar Fondunun grant müsabiqələrinin rəhbəri və iştirakçısı olub.

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət