02 iyun 1947-cı ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı şəhəri 172 saylı orta məktəbdə təhsil alıb və orta məktəbi “əla” qiymətlərlə bitirib. 1964-1969-cu illərdə BDU-nun Fizika fakültəsində təhsil alıb və Universiteti fərqlənmə diplomu ilə bitirib. 1970-1974-cü illərdə Dubna şəhərində yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitunda (BNTİ) aspirant olub. 1974-cü ildə BNTİ-də dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1975-ci ildən BDU-nun “Maddə quruluşu” kafedrasında müəllim kimi fəaliyyətə başlayıb. 1995-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 1996-cı ildən “Maddə quruluşu” kafedrasının professorudur. Elmi fəaliyyəti adronların adron və nüvələrlə qarşılıqlı təsirinin nəzəri tədqiqinə həsr olunub. 200-dən çox elmi məqalənin və 2 kitabın müəllifidir. Onun rəhbərliyi ilə dissertasiya müdafiə edərək 2 nəfər fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb.
BDU-nun Elmi Şurasının, Fizika fakültəsinin Elmi Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Fizika üzrə ekspert şurasının üzvüdir. 1997-cı ildən hal-hazıradək qeyri-hökumət təşkilatı olan “Qadın Problemlərinin Tədqiqat Birliyinin-Qadın İnstitutunun” direktorudur. 2006-ci ildə Birləşmiş Millətlər Təşkilatının Qadınların İnkişaf Fondunun Gender bərabərliyi uğrundakı fəaliyyətinə görə xüsusı Sertıfıkat ilə təltif edilib. 1999-cu ildə BDU-nun 80 illiyi münasibətilə "Fəxri Fərman"la, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı, 2019-cu ildə isə "BDU-nun 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunub.