23 iyun 1949-cu ildə Şəki şəhərində anadan olub. 1956-1966-cı illərdə Şəki şəhərinin 12 saylı orta məktəbində təhsil alıb. 1966-cı ildə BDU-nun Fizika fakültəsinə daxil olub, 1971-cı BDU-nu fizik, fizika müəllimi ixtisasları üzrə fərqlənmə diplomu ilə bitirib. 1972-1975-ci illərdə SSRİ EA-nın Bioüzvi kimya institutunun aspirantı olub. 1976-cı ildə dissertasiya müdafiə edərək "Molekulyar fizika" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1984-cü ildə"Molekulyar biologiya" ixtisası üzrə dosent elmi adını alıb. 1991-ci ildə SSRİ EA-nın Kimyəvi fizika institutunda dissertasiya müdafiə edərək "Ekologiya" ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 2007-ci ildə "Biofizika" ixtisası üzrə professor elmi adını alıb.
1975-1978-ci illərdə Molekulyar fizika kafedrasında mühəndis, 1978-1994-cü illərdə Molekulyar Biofizika elmi-tədqiqat laboratoriyasında böyük elmi işçi, 1994-2005-ci illərdə həmin laboratoriyada baş elmi işçi, 2005-2019-cu illərdə Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Nəzəri Fizika şöbəsində baş elmi işçi vəzifələrində çalışıb. 2019-cu ildən BDU-nun Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun Biofizika şöbəsinin müdiri vəzifəsində çalışır. Biomolekulların quruluş və funksiyaları sahəsində elmi tədqiqatlar aparır. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 320-dən çox elmi işin, 10-dan çox dərs vəsaitinın müəllifidir. "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.