18 sentyabr 1942-ci ildə Azərbaycan Respublikası Tovuz şəhərində qulluqçu ailəsində anadan olmuşdur. 1959-1964-cü illərdə Bakı Dövlət Universiteti fizika fakultəsinin tələbəsi olmuşdur. 1964-1967-ci illərdə Kazan Universitetində aspirantura təhsili almışdır. 1967-1969-cu illərdə Kazan Universitetində stajor kimi fəaliyyət göstərmişdir. 1969-cu ildə Kazan Universitetində “Paramaqnit kristallarda aşağı temperaturlarda dinamik effektlər” mövzusunda namizədlik dissertasiya işi müdafiə etmişdir.
1969-cu ildən BDU-nun Nəzəri fizika kafedrasında elmi-pedaqoli fəaliyyətə başlamışdır. 1971-1991-ci illərdə Bərk cisimlər fizikası kafedrasında müəllim, baş muəllım, dosent, professor vəzifələrində çalışmışdır. 1971-1972-ci illərdə Parısın “École Normale Supérieure” ali məktəbində elmi ezamiyyətdə olmuşdur. 1990-cı ildə “Paramaqnit ionlu diamaqnit kristallarda və yarımmaqnit yarımkeçiricilərdə dinamik effektlər” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və 1991-ci ildə professor elmi adı almışdır. 1991-1992-ci illərdə Azərbaycan Dövlət Tibb Universiteti Biofizika kafedrasının müdiri vəzifəsinə çalışmışdır. 1992-2005-ci illərdə Azərbaycan Respublikasının Ankaradakı Fövqaladə və Səlayihətli Səfiri işləmişdir. 2005-2010-cu illərdə Azərbaycan Respublikasının Madriddəki Fövqaladə və Səlayihətli Səfiri olmuşdur. Madriddə diplomatik fəaliyyəti dövründə İspaniya kralı tərəfindən İspaniyanın ən yüksək ordeni ilə təltif olunmuşdur. 2010-2011-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində idarə rəisi işləmişdir. 2011-2013-cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir olmuşdur. 2013-2015-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində professor işləmişdir. 2015-2022-ci illərdə Bakı Dövlət Universiteti Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının müdiri olmuşdur. 2015-ci ildən Bərk cisimlər fizikası kafedrasının professorudur.
Bakalavr təhsil pilləsində ümumnəzəri kurslardan “Termodinamika və statistik fizika” fənnindən, magistr təhsil pilləsində isə ixtisas kurslarından “Qrin funksiyası metodunun bərk cisimlərə tətbiqi, “İfratkeçiricilik və maqnetizm” fənlərindən mühazirə oxuyur və məşğələ dərsləri aparır.
Elmi fəaliyyəti bərk cisimlərdə dinamik effektlərin tədqiqinə həsr olunub. Belə ki, elmi işlərinin əksəriyyəti bərk cisimlərdə aşağı temperaturlar oblastında elektron, nüvə və akustik maqnit rezonansının mikroskopik nəzəriyyəsi ilə bağlıdır. Yerli və xarici elmi nəşrlərdə dərc olunmuş 90-a yaxın elmi məqalənin müəllifidir. Onun rəhbərliyi ilə 3 namızədlık dıssertasiya işii müdafiə etmişdir. "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.