ƏSGƏROV İSKƏNDƏR MEHRALI OĞLU

ƏSGƏROV İSKƏNDƏR MEHRALI OĞLU

ƏSGƏROV İSKƏNDƏR MEHRALI OĞLU

6 aprel 1949-cu ildə Tovuz rayonunun Əhmədabad kəndində anadan olub. 1956-cı ildə Əhmədabad kənd orta məktəbinin birinci sinfinə gedib və 1966-cı ildə Gədəbəy rayonu Nəriman kənd orta məktəbini bitirib. 1966-cı ildə Bakı Dövlət Universtetinin Fizika fakültəsinə daxil olub, 1971-ci ildə həmin fakültəni fizik, fizika müəllimi ixtisasları üzrə bitirib. 1971-1975-ci illərdə AMEA-nın Fizika İnstitutunun “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə aspirantı olub. 1975-ci ildə “Ga2Se3 monokristallarında elektrik keçiriciliyinin, keçid effektinin və optik udulmanın güclü elektrik sahəsində tədqiqi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. İskəndər Əsgərovun doktorluq dissertasiyasının mövzusu Nobel mükafatı laureatı Rudolf Lüdviq Mössbauerin adı ilə bağlıdır. Mössbauer ilə iki dəfə Bakıda və 1983-cü ildə isə Alma-Ata şəhərində görüşərkən onun tövsiyyələri əsasında “Mössbauer effektinin” ilk dəfə aşqarlı yarımkeciricilərdə həyata keçirilməsi ideyasına müraciət edib və doktorluq işini bu mövzu üzərində qurub. 1992-ci ildə “A3B6 növ defektli kristallrda keçid və nadir torpaq aşqar elementlərin elektron quruluşu” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək “Yarımkeçiricilər və dielektriklər fizikası” ixtisası üzrə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 1997-ci ildə professor elmi adını alıb.

İskəndər Əsgərov 1971-1979-cu illərdə AMEA-nın Fizika İnstitutunda baş laborant və kiçik elmi işçi vəzifələrində, 1979-1997-ci illərdə isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Fizika kafedrasında assisent, dosent və professor vəzifələrində işləyib. 1997-ci ildə Türkiyə Cumhuriyətinin Kütahya Dumlupınar Universitetinə professor kimi dəvvət olunub və həmin Universitetin Mühəndislik fakültəsinin Elektrik və Elektronika bölməsində 2000-ci ilin sonuna kimi elmi tədqiqat işləri ilə məşğul olub və fizika fənnindən dərs deyib. 2001-2004-cü illərdə Tokat Qaziosmanpaşa Universiteti Fən-Ədəbiyyat Fakültəsinin Fizika bölməsində əcnəbi professor vəzifəsində çalışıb, 2004-cü ildə həmin bölmənin daimi professor vəzifəsinə təyin olunub və bu tarixdən 2011-ci ilə qədər Fizika bölməsının müdiri vəzifəsində işləyib. 2006-2010-cu illərdə Qaziosmanpaşa Universitetin İdarə Heyətinin üzvü və 2005-2011-ci illədə Fən-Ədəbiyyat Fakültəsinin Fakültə İdarə Heyətinin üzvü olub. 2015-ci ildən Giresun Universitetinin Fən-Ədəbiyyat Fakültəsinin Fizika bölməsində professor vəzifəsində işləyir.

İskəndər Əsgərovun rəhbərliyi ilə 3 nəfər fəlsəfə doktoru dissertasiyasını müdafiə edib. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 100-dən çox elmi işin müəllifidir. Respublikada və xarici ölkələrdə keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumlarda iştirakçısı olub və məruzələrlə çıxış edib. 6 müəlliflik şəhadətnaməsi alıb.

 

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət