FİQAROVA SOFYA RÜSTƏM QIZI

FİQAROVA SOFYA RÜSTƏM QIZI

FİQAROVA SOFYA RÜSTƏM QIZI

6 iyul 1949-cu ildə Azərbaycan Respublikası Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1966-1971-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakultəsinin tələbəsi olmuşdur. 1971-1973-cü illər Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunda işləmişdir. 1973-cü ildən indiyənədək Bakı Dövlət Universiteti Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasında işləyir.

1981-ci ildə “Müxtəlif səthli yarımkeçirici təbəqələrdə kinetik effektlər” mövzusunda namizədlik dissertasiya işi müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. 2008-ci ildə “Aşağıölçülü elektron sistemlərində köçürmə hadisələri” mövzusunda doktorluq dissertasiya işi müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1997-ci ildə Bərk cisimlər fizikası kafedrası üzrə dosent, 2013-ci ildə isə professor elmi adı almışdır.

Bakı Dövlət Universitetnin bakalavr təhsil pilləsində ümumnəzəri kurslardan “Klassik mexanika”, “Termodinamika və statistik fizika” “Aşağıölçülü sistemlər fizikasının əsasları” və “Kondensə olunmuş hal fizikası” fənlərindən mühazirələr oxuyur və məşğələ dərsləri aparır. Magistr təhsil pilləsində isə ixtisas kurslarından “Kvant statistikası”, “Bərk cisimlərin kvant nəzəriyyəsi”, “İfratkeçiricilik və maqnetizm”, “Bərk cisimlər fizikasının seçmə məsələləri” və “Metallar və yarımkeçiricilər fizikası” fənlərindən mühazirələr oxuyur. Bakalavr və magistratura təhsil pilləsində buraxılış işlərinə və magistr dissertasiyalarına rəhbərlik edir. Onun rəhbərliyi ilə 20-yə yaxın magistr dissertasiya işi müdafiə olunub. Üç elmlər namizədi, bir elmlər doktoru yetişdirib. Hazırda kafedrada elmər doktoru proqramı üzrə 2 doktorantın elmi məsləhətçisidir.

Elmi fəaliyyəti bərk cisimlərin kvant nəzəriyyəsi ilə bağlıdır. Hal hazırda aşağıölçülü sistemlərdə elektron köçürmə hadisələri iləməşğul olur. Güclü maqnit sahəsində yerləşmiş ifratqəfəslərin qalvano- və termomaqnit hadisələrinin kvant nəzəriyyəsini, həm klassik, həm də ölçüyə görə kvantlanmış keçirici təbəqələrdə köçürmə hadisələrinin ardıcıl nəzəriyyəsi qurulmasında yaxından iştirak etmişdir. Cırlaşmış keçirici təbəqələrdə mənfi differnsial keçiricilik və maqnit müqaviməti kimi keyfiyyətcə yeni hadisənin varlığı haqqında fikiri irəli sürmüşdür. Klassik və kvantlayıcı maqnit sahələrində yerləşmiş ifratqəfəslərdə termomaqnit və qalvanomaqnit hadisələri tədqiq etmişdir. Kvantlayıcı maqnit sahəsində maqnit müqavimətinin ossillyasiyalarına elektronun spininin təsirini araşdırmışdır. Qeyri-dissipativ termomaqnit hadisələrinin, o cümlədən kvant ifratqəfəslərində termoelektrik hərəkət qüvvəsinin nəzəriyyəsi qurmuşdur. Onun aldığı nəzəri nəticələr nanoelektronikada sahə tranzistorları, sensorlu vericilər, termoelementlər və digər optoelektron cihazlar yaradılarkən istifadə oluna bilər.

2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim” Fəxri adını almışdır. "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət