23 sentyabr 1928-ci ildə anadan olmuşdur. 1947-1949-cu illərdə Naxçıvan Müəllimlər İnstitutunun Fizika fakültəsini bitirmiş, 1951-1956-cı illərdə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsilini davam etdirmişdir. 1956-1968-ci illərdə BDU-nun Nəzəri fizika kafedrasında müəllim, dosent işləmiş, 1968-ci ildə Maddə quruluşu kafedrasında dosent, professor, 1972-1978-ci illərdə Azad Həmkarlar İttifaqının sədri, 1979-1988-ci illərdə Fizika fakültəsinin dekanı, 1972-1992-ci illərdə Maddə quruluşu kafedrasının müdiri, 2005-2013-cü illərdə Fizika Problemləri İnstitutunun direktoru işləmişdir.
1974-cü ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Elmi fəaliyyəti, əsasən, kvant sahə nəzəriyyəsinin qeyri-həyəcanlaşma metodları, nəzəri fizikanın problemləri ilə əlaqədardır. Əsas elmi əsərləri elementar zərrəciklər fizikasının nəzəriyyəsinə həsr olunmuşdur. 140 elmi məqalənin, üç dərs vəsaitinin müəllifidir. Onun rəhbərliyi ilə 22 nəfər elmlər namizədi, 2 nəfər elmlər doktoru dissertasiyasını müdafiə etmişdir.
2000-ci ildə “Şöhrət ordeni”, 2001-ci ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən “Şöhrət Medalı” ilə təltif olunmuşdur.