PAŞAYEV HAFİZ MİR CƏLAL OĞLU

PAŞAYEV HAFİZ MİR CƏLAL OĞLU

PAŞAYEV HAFİZ MİR CƏLAL OĞLU

1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub. 1963-cü ildə BDU-nun Fizika fakültəsini bitirib. 1964-1967-ci illərdə AMEA-nın Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib. 1971-1992-ci illərdə AMEA-nın Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri vəzifəsində işləyib. 1975-1976-ci illərdə ABŞ-ın İrvayn şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlar aparıb. 1984-cü ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb.

1992-2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-da (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri olub. 2006-2019-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini vəzifəsində işləyib. 2006-cı ildən Azərbaycan Diplomatik Akademiyasının rektorudur.

Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 100-dən artıq elmi əsərin, iki monoqrafiyanın, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalənin müəllifidir. Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə, ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji işlərinə görə 2011-ci ildə "Şöhrət" ordeni, 2016-cı ildə "Şərəf" ordeni, 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni və 2021-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət