HÜSEYNOV CAHANGİR İSLAM OĞLU

HÜSEYNOV CAHANGİR İSLAM OĞLU

HÜSEYNOV CAHANGİR İSLAM OĞLU

1958-ci il oktyabrın 2-də Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 1965-1975-ci illərdə Xatınlı kənd orta məktəbini “əla” qiymətlərlə bitirib. 1976-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1981-ci ildə həmin fakültəni fizik, fizika müəllimi ixtisasları üzrə bitirib. 1990-1994-cü illərdə ADPU-nun Fizika fakültəsinin aspirantı olub. 1994-cü ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini alıb. 2008-ci ildə dosent elmi adını alıb. 2017-ci ildə dissertasiya müdafiə edərək "Bərk cisimlər fizikası" ixtisasında fizika elm sahəsi üzrə "Elmlər doktoru" elmi dərəcəsini alıb. 2022-ci ildə professor elmi adını alıb.

1981-ci ildə təyinatla Hərbi Sənaye Nazirliyinin “Fotoelektronika” İnstitutunun 3 №-li şöbəsinə mühəndis vəzifəsinə göndərilib. 1990-2012-ci illərdə ADPU-nun Fizika fakültəsinin “Elektrik və optika” kafedrasında baş laborant, baş müəllim vəzifələrində, 2012-2016-cı illərdə isə “Elektrik və optika” kafedrasının müdiri vəzifəsində işləyib. 2016-cı ildən ADPU-nun “Ümumi fizika” kafedarsının müdiridir.

AIVBVI tipli birləşmələr əsasında Nadir torpaq metallarının iştirakı ilə alınmış birləşmə və sistem ərintilərində elektron və fonon proseslərinə, optik, fotoelektrik, elektrooptik xassələrinə defektlərin (aşqarlar, radiasiya və səth defektləri) təsiri mexanizmləri, aşağı ölçülü elektron sistemləri və kvant nanoqruluşları, müəllim hazırlığı və kurrikulum təhsil islahatları, fizikanın tədrisi problemləri sahələrində tədqiqatlar aparır. Yerli və xarici jurnallarda 200-dən artıq elmi işin, 12 dərslik və dərs vəsaitinin, 1 müəlliflik şəhadətnaməsinin müəllifidir. Təhsil Sektorunun İnkişafı layihəsi çərçivəsində ümumtəhsil məktəbləri üçün fizika fənninin kurikulumunu hazırlayan işçi qrupun üzvü, 2006-2007-ci illərdə Dünya bankı və Təhsil Nazirliyi "Fizika fənninin kurikulumunun hazırlanması" Təhsil Sektorunun İnkişafı layihəsi üzrə milli məsləhətçi (3769 AZ-CS-İS-120/3) olub Məktəblilərin fizika fənni üzrə Respublika Olimpiadasının münsiflər heyətinin üzvüdür.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Azad Həmkarlar Təşkilatının Fəxri fərmanları və 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Tərəqqi" medalı ilə təltif olunub.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət