HÜSEYNOV ƏLİ HƏSƏN OĞLU

HÜSEYNOV ƏLİ HƏSƏN OĞLU

HÜSEYNOV ƏLİ HƏSƏN OĞLU

6 yanvar 1952-ci ildə Göyçə mahalının Şorca kəndində anadan olub. 1969-ci ildə Göyçə mahalı Krasnoselo rayonu Ardanış kənd orta məktəbini bitirib. 1971-ci ildə Ukrayna Respublikasinin Nikolayev şəhərində hərbi gizli rabitə məktəbini bitirib. 1977-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib və həmin il yarımkeçiricilər fizikası kafedrasının dissertantı olub.

1982-ci ildə fizika-riyaziyyat elmləri namizədi, 2014-cü ildə isə fizika üzrə elmlər doktoru elmi dərəcələrini alıb.

1971-1974-cü illərdə Azərbaycan EA-nın Fizika İnstitutunda laborant vəzifəsində çalışıb. 1975-ci ildən BDU-nun Yarımkeçiricilər fizikası kafedrasında baş laborant, laboratoriya müdiri, assistent, baş müəllim və dosent vəzifələrində çalışıb, 2015-ci ildən kafedranın professordur.

Elmi fəaliyyəti əsasən yarımkeçirici materiallatın və yarımkeçirici cihazların fizikasına həsr olunmuşdur. Yerli və xarici elmi nəşrlərdə 160-dan çox elmi məqalə, konfrans materialları və tezisləri dərc olunub. 7 dərs vəsaitinin, 2 monoqrafiyanın, 2 patentin müəllifidir. Elmi rəhbərliyi altında 6 fəlsəfə doktoru, o cümlədən 1 Cənubi Koreya, 1 Monqolustan və 2 Əlcəzair Respublikaları vətəndaşları hazırlanıb, 20-dən çox magistr dissertasiyası yerinə yetirilib.

Bakı Dövlət Universitetinin Elmi Şurasının və Fizika fakültəsinin nəzdində fəaliyyət göstərən E 2.19 dissertasiya şurasının üzvüdür. "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət