HÜSEYNOV RÖVŞƏN ŞƏMİL OĞLU

HÜSEYNOV RÖVŞƏN ŞƏMİL OĞLU

HÜSEYNOV RÖVŞƏN ŞƏMİL OĞLU

22 fevral 1967-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olub. 1984-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirib və Ağdam Mədəniyyət evində işləyib. 1985-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub. 1985-1987-ci illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçib.

1992-ci ildə Rövşənin təşəbbüsü ilə 20 tələbə Bakı Dövlət Universitetində təhsillərini yarımçıq qoyaraq iki ay hərbi hazırlıq keçirlər. Sonra onlar ən qaynar döyüş nöqtəsi olan Goranboya yola düşürlər. Tələbə taqımı “N” saylı hərbi hissəyə təhkim olunur. Holandağ yüksəkliyi uğrunda gedən ağır döyüşlərdə iştirak edirlər. 1992-ci il aprel ayının 28-də erməni işğalçıları 300 nəfərlik qoşun və böyük silah-sursatla Ağcakənd istiqamətində hücüma keçirlər. Rövşənin taqımı düşmənin iki zirehli texnikasını və onlarla hərbçisini məhv edir.

Tərtər rayonunun Şıxarx qəsəbəsi uğrunda gedən qanlı döyüşlərdə Mingəçevir alayının 27 əsgəri mühasirəyə düşür. Rövşənin taqımına onları xilas etmək tapşırığı verilir. Onlar mühasirəyə düşən döyüşçülari azad edirlər, lakin özləri mühasirəyə düşürlər. Rövşən atəşi öz üzərinə çəkərək tələbələrə təhlükəsiz yerə çəkilmək əmrini verir. Burada tələbələrdən ikisi həlak olur, qalanları isə mühasirədən çıxa bilirlər. Rövşən pulemyotu ilə ermənilərin xeyli canlı qüvvəsini məhv edir və 11 may 1992-ci il  də qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Hüseynov Rövşən Şəmil oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət