İSMAYILOV TARYEL HÜMBƏT OĞLU

İSMAYILOV TARYEL HÜMBƏT OĞLU

İSMAYILOV TARYEL HÜMBƏT OĞLU

16 oktyabr 1949-cu ildə Şəmkir rayonunun Şiştəpə kəndində, hərbçi ailəsində anadan olmuşdur. 1967-1972-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakultəsinin tələbəsi olmuşdur. 1972-1985-ci illərdə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda kicik elmi işçi kimi çalışmışdır. 1975-1976-cı illərdə SSRİ Elmlər Akademiyası Radiotexnika və Elektronika İnstitutunda (Moskva) elmi tədqiqatçı kimi fəaliyyət göstərmişdir.

1981-ci ildə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunda “HgCdTe bərk məhlullarında işığın udulma və zonalararası kombinasion səpilmə nəzəriyyəsi” mövzusunda namizədlik dissertasiya işi müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır.

1985-1992-ci illərdə Kosmik Tədqiqatlar Elm İstesalat Birliyində baş elmi işçi, qrup rəhbəri olmuşdur. 1992-1999-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda aparıcı elmi işçi kimi çalışmışdır. 1993-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda “A2B6 tipli yarımkeçiricilərdə və onların yarımmagnit məhlullarında işığın elektron kombinasion səpilməsi və ikifotonlu udulması” mövzusunda doktorluq dissertasiya işi müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1999-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda laboratoriya müdiri işləmişdir. 2000-ci ildən indiyənədək Bakı Dövlət Universiteti Fizika fakültəsinin Bərk cisimlər fizikası kafedrasının professorudur.

Bakalavr təhsil pilləsində ümumnəzəri kurslardan “Klassik mexanika”, “Termodinamika və statistik fizika” “Aşağıölçülü sistemlər fizikasının əsasları” fənlərindən mühazirələr oxuyur və məşğələ dərsləri aparır. Magistr təhsil pilləsində isə ixtisas kurslarından “Bərk cisimlərin optik xassələri”, “Qrin funksiyası metodunun bərk cisimlərə tətbiqi, “Qrup nəzəriyyəsi və onun bərk cisimlərə tətbiqi” fənlərindən mühazirələr oxuyur. Bakalavr və magistratura təhsil pilləsində buraxılış işlərinə və magistr dissertasiyalarına rəhbərlik edir. Yerli və xarici elmi nəşrlərdə dərc olunmuş 120-dən artıq elmi əsərin, o cümlədən 1 dərs vəsaiti və müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun rəhbərliyi ilə 7 namızədlık dıssertasiya işii müdafiə edilmişdir.

Elmi fəaliyyəti yarımkeçiricilər fizikası, aşağıölcülü elektron sistemləri, kvant nanostrukturları, kvant optoelektronikası, spintronika kimi fizikanın müasir sahələrini əhatə edir. "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunmuşdur.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət