23 fevral 1937-ci ildə anadan olmuşdur. 1954-1959-cu illərdə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsində təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1966-cı ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri doktoru alimlik dərəcəsi almışdır. O, 1990-cı ildə professor adına layiq görülmüş və həmin zamandan ömrünün sonuna kimi BDU-nun Optika və molekulyar fizika kafedrasının professoru vəzifəsində çalışmışdır. 1985-1990-cı illərdə həmin kafedranın müdiri vəzifəsində çalışmışdır.