11 dekabr 1952-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə Bakı şəhəri 175 saylı orta məktəbi "əla" qiymətlərlə bitirərək, BDU-nun Fizika fakültəsinə daxil olub. İki ildən sonra müsabiqə yolu ilə seçilərək təhsilini davam etdirmək üçün Moskva Fizika Mühəndisləri İnstitutunun (MFMİ) "Xüsusi fizika" fakültəsinə göndərilib. 1976-ci ildə MFMİ-ni fərqlənmə diplomu ilə bitirib. 1976-1979-cu illərdə MFMİ-nin "Xüsusi fizika" fakültəsinin aspirantı olub. 1982-ci ildə MFMİ-də dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 1994-cü ildə dosent elmi adını alıb. 2003-cü ildə BDU-da dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 2009-ci ildə professor elmi adını alıb.
1982-ci ildən BDU-nun Fizika fakültəsinin Ümumi fizika və FTM kafedrasında işləməyə başlayıb. O, Ümumi fizika və FTM kafedrasında 1985-1989-cu illərdə müəllim, 1989-1993-cü illərdə baş müəllim, 1993-2004-cü illərdə dosent, 2004-2015-ci illərdə professor vəzifələrində çalışıb. 2012-2015-ci illərdə BDU-nun Fizika fakültəsinin elmi işlər və magistratura üzrə dekan müavini olub. 2015-ci ildən hal-hazıra qədər isə Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasının müdiridir. 2005-2021-ci illərdə Fizika fakültəsinin Elmi Şurasının katibi olub, hal-hazırda isə üzvüdür. 2009-2010 və 2013-2016-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Fizika üzrə Ekspert Şurasının üzvü, 2015-2017-ci illərdə Azərbaycan Respublikası Hərbi Akademiyasının İxtisaslaşdırılmış Şurasının üzvü olub. 2014-2015-ci illərdə BDU üzrə "SABAH" mərkəzinin rəhbəri vəzifəsində çalışıb.
Rəna Qasımova kvant elektronikası və qeyri-xətti optika sahəsində elmi tədqiqatlar aparır. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 200-dən çox elmi işin, 2 patentin, 1 monoqrafiyanın və 9 dərs vəsaitinin müəllifidir. Onun elmi rəhbərliyi ilə 5 nəfər fizika elm sahəsi üzrə Fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün dissertasiya işini müdafiə edib. 2009-cu ildə BDU üzrə "İlin Müəllimi" fəxri adını alıb, həmin il Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı, 2019-cu ildə "BDU-nun 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunub,