QULİYEV BAXŞƏLİ İMAMQULU OĞLU

QULİYEV BAXŞƏLİ İMAMQULU OĞLU

QULİYEV BAXŞƏLİ İMAMQULU OĞLU

17 iyun 1936-cı ildə Tovuz rayonunun Şamlıq kəndində anadan olmuşdur. 1954-cü ildə Şamlıq kənd orta məktəbini əla qiymətlərlə bitirmişdir. 1959-1964-cü illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində ali təhsil almışdır. 1964-cü ildə EA-nın Fizika İnstitutunda aspiranturaya daxil olmuşdur. Aspiranturanı SSRİ EA-nın Leninqraddakı A.F.İoffe adına Fizika-Texniki İnstitutunda keçərək 1969-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1985-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1986-cı ildə professor elmi adı almışdır.

1969-cu ildən BDU-nun Nəzəri fizika kafedrasında elmi və pedaqoji fəaliyyətə başlamışdır. 1971-ci ildə Bərk cisimlər fizikası kafedrasma kecərək müəllim, baş müəllim, dosent, professor vəzifələrində çalışmışdır. BDU-nun Fizika fakultəsının Elmi Şurasının Elmi Katıbi və BDU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının uzvu olmuşdur. 1996-2014-cü illərdə elmi və pedaqoji fəaliyyətini Türkiyənin Van şəhərinin Yüzüncü Yıl Universitetində davam etdirmiş, həmin Universitetdə fizika professoru olmuş, nəzəri fizika və bərk cisimlər fizikasından mühazirələr demişdir. 2015-2021-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun “Nanokristallar fizikası” laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışımışdır.

Bakı Dövlət Universitetinin Fizika fakültəsində işlədiyi dövrdə ümumnəzəri kurslardan “Klassik mexanika” və “Bərk cisimlər fizikası”, ixtisas kurslarından isə “Bərk cisimlərin kvant nəzəriyyəsi”, “Metallar və yarımkeçiricilər fizikası” fənlərindən azərbaycan və rus dillərində mühazirələr oxumuş və məşğələ dərsləri aparmışdır.

Elmi fəaliyyəti nazik təbəqələrdə köçürmə hadisələri ilə bağlıdır. Yarımkeçirici nazik təbəqələrdə köçürmə hadisələrinin nəzəriyyəsini qurmuş, qalvano- və termomaqnit əmsallarının ölçüyə görə dəyişməsinin analizindən onların ossilyasiyası və mənfi maqnit müqavimətinin mümükün ola biləcəyi göstərmişdir. Elmi fəaliyyəti dövründə yerli və xarici elmi nəşrlərdə dərc edılmış 100-dən cox elmi məqalənin müəllifidir. Onun rəhbərliyı ılə 5 namızədlık dıssertasiya işi müdafiə edilmişdir.

Elmi fəaliyyəti nazik təbəqələrdə köçürmə hadisələri ilə bağlıdır. 1971-1996-cı illər kafed­rada işlədiyi müddətdə yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 70-dən cox elmi məqalənin müəllifi olmuşdur. Rəhbərliyi ilə 5 namizədlik dissertasiya işi müdafiə edilmişdir. BDU-nun Fizika fakültəsinin Elmi Katibi və BDU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının üzvü olmuşdur.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət