QULİYEV VAHİD HƏBİBULLA OĞLU

QULİYEV VAHİD HƏBİBULLA OĞLU

QULİYEV VAHİD HƏBİBULLA OĞLU

20 sentyabr 1955-ci ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olub. 1972-ci ildə Zəngilan rayonunun Hacallıkənd orta məktəbini bitirib. Bir müddət Niyazqullar kəndində təsərrüfat işlərində çalışıb. 1974-1976-cı illərdə Özbəkistan Respublikasında və Rusiyanın Obninsk şəhərində hərbi xidmətdə olub. 1976-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1981-ci ildə Universiteti fizik, fizika müəllimi ixtisası üzrə bitirib. Təyinatla Laçın rayonunun Fərəcan kəndinə göndərilib və üç il burada müəllimlik edib. 1984-cü ildə Bakıda “Azon» Cihazqayırma Zavodunda sahə rəisi vəzifəsinə işə qəbul edilib və 1992-ci ilə qədər bu zavodda çalışıb.

1992-ci ilin avqust ayında könüllü olaraq Yasamal rayon Hərbi Komissarlığına gəlib və cəbhəyə göndərilməsini xahiş edib. Sentyabrın 7-dən Ağdam istiqamətində gedən döyüşlərdə vuruşmağa başlayıb. Erməni yaraqlılarının hücumlarının qarşısının alınmasında fəal iştirak edib və döyüşlərin birində düşmənin bir tankını vurub. Oktyabrın 14-də Qubadlıya göndərilib və burada da o, rəşadətlə vuruşub. Düşmənin bir neçə döyüş texnikasını və xeyli canlı qüvvəsini sıradan çıxarııb. 28 fevral 1994-cü ildə yenidən Ağdam döyüş bölgəsinə dönüb və atəşkəs elan olunana qədər Ağdamın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüşdüyü müddətdə düşmənin on zirehli texnikasını sıradan çıxarıb, bunlardan səkkizi tank, ikisi isə PDM-dır (piyada döyüş maşını).

Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 1994-cü il tarixli fərmanı ilə göstərdiyi şücaətlərə görə Vahid Həbibulla oğlu Quliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

1996-cı ildə Bakı Dövlət Universitetinin hərbi kafedrasında müəllim, 2000- 2002-ci illərdə Azərbaycan Ali Hərbi Məktəbində baş müəllim işləyib. 26 oktyabr 2002-ci ildə ordudan tərxis olunub. Polkovnik-leytenant Vahid Quliyev hazırda Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində müəllim işləyir. Ailəlidir, iki övladı var.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət