RƏHİMOV SƏDİYAR SOLTAN OĞLU

RƏHİMOV SƏDİYAR SOLTAN OĞLU

RƏHİMOV SƏDİYAR SOLTAN OĞLU

25 mart 1958-ci ildə İsmayıllı rayonunun Qalacıq kəndində anadan olub. 1964-1971-ci illərdə İsmayıllı rayonu Qalacıq kənd orta məktəbində, 1971-1974-cü illərdə 1 nömrəli Respublika fizika-riyaziyyat təmayüllü orta məktəbdə təhsil alıb. 1974-cü ildə BDU-nun Fizika fakültəsinə daxil olub, 1982-ci ildə BDU-nu fizik, fizika müəllimi ixtisasları üzrə bitirib. 1985-1988-ci illərdə AMEA Fizika İnstitutunun aspirantı olub. 1990-cı ildə dissertasiya müdafiə edərək "Yarımkeçiricilər fizikası" ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini alıb. 2006-cı ildə dosent elmi adını alıb. 2009-cu ildə dissertasiya müdafiə edərək "Bərk cisim fizikası" ixtisasında fizika elm sahəsi üzrə "Elmlər doktoru" elmi dərəcəsini alıb.

1982-1990-cı illərdə AMEA Fizika İnstitutunda laborant, baş laborant, 1990-1993-cü illərdə kiçik elmi işçi, elmi işçi, 1993-2003-cü illərdə böyük elmi işçi, 2003-2016-cı illərdə aparıcı elmi işçi, 2016-2019-cu illərdə “Tətbiqi fizika” laboratoriyasının rəhbəri və Fizika İnstitutunun İnnovasiya sektorunun rəhbəri vəzifəsində çalışmışdır. 2019-cu ildən isə BDU-nun Fizika Problemləri ETİ-də direktor vəzifəsində çalışır.

Yuxarı temperaturlu ifratkeçiricilər və darzolaqlı yarımkeçiricilərdə kinetik hadisələr istiqamətində elmi tədqiqatlar aparır. Respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 180-dən çox elmi işin və 5 müəlliflik şəhadətnaməsinin müəllifidir. "BDU-nun 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı və SSRİ XTNS-in bürünc medalı (1987) ilə təltif olunub.

Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət