02 may 1953-cü ildə Bakı şəhərində anadan olub. 1960-1970-ci illərdə Bakı şəhəri Yasamal rayonu 31 saylı orta məktəbdə təhsil alıb və orta məktəbi “əla” qiymətlərlə bitirib. 1970-ci ildə BDU-nun Fizika fakültəsinə daxil olub və 1975-ci ildə həmin fakültəni fizik, fizika müəllimi ixtisası üzrə bitirib. Diplom işini 1974-1975-ci illərdə Moskva Dövlət Universitetində yerinə yetirib. 1975-1980-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında dissertant olub. Birləşmiş Nüvə Tədqiqatları İnstitunda (Dubna şəhəri RF) dissertasiya müdafiə edərək 1980-cı ildə fizika-riyaziyyat elmləri namizədi, 2000-ci ildə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. BDU-nun Elmi fəaliyyətin təşkili və İnnovasiyalar Mərkəzinin direktoru və Maddə qruluşu kafedrasının professorudur.
Nüvə fizikası və yüksək enerjilər fizikası sahəsində elmi tədqiqatlar aparır. Elmi mətbuatında dərc olunmuş 500-dən çox elmi işin müəllifidir. Onlardan 400-ə qədəri yüksək impakt faktorlu jurnallarda çap olunub. Onun rəhbərliyi ilə dissertasiya müdafiə edərək 5 nəfər fizika-riyaziyyat elmləri namizədi, 1 nəfər isə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi alıb. 1999-cü ildən 2021-ci ilə qədər Avropa Nüvə Tədqiqatlari Mərkəzinin (Cenevrı İsveçrə) Alice Colloborasiyasının, 2004-cü ildən 2014-cü ilə qədər Almaniyanin GSI (Darmşdat) Mərkəzinin Panda Collaborasiyasının üzvü olub. 1982-ci ildə Azərbaycan Respublikası Lenin Komsomolu mükafatı ilə təltif edilib.