05 aprel 1932-ci ildə Sisian rayonunin Urud kəndində anadan olub. 1951-ci ildə ikiillik Ağdam Müəllimlər İnstitutunu, 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini Fizika ixtisası üzrə bitirib. 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasını bitirib, 1962-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi, 1972-ci ildə isə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini alıb. 1973-cü ildə professor elmi adını alıb. 2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 1971-1974-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda laboratoriya müdiri, 1974-1991-ci illərdə BDU-da Yarımkeçiricilər fizikası kafedrasının müdiri vəzifələrində çalışıb.
Elmi fəaliyyəti Ge, Si, Ge-Si, AIIIBV, AIIBVI kimi klassik yarımkeçiricilərin tədqiqinə, qeyri-adi fiziki xassələrə malik olan yeni yarımkeçirici maddələrin axtarışı və kəşfinə, onların fundamental parametrlərinin öyrənilməsinə həsr olunub. 30-dan çox müəlliflik şəhadətnaməsinin, 400-dən artıq elmi əsərin, 6 monoqrafiyanın, 9 dərs vəsaitinin müəllifi olub. Onun rəhbərliyi altında 7 doktorluq, 36 namizədlik dissertasiyası müdafiə olunub.