ELMİ ŞURANIN İCLASLARI

Fizika fakültəsi Elmi Şurasının 2022-2023-cü tədris ilində keçirilmiş iclasları

12 iyul 2023-cü il tarixli iclas

Gündəlikdəki məsələlər:

1) 2022/2023-cü tədris ilinin yay imtahan sessiyasının nəticələri,
2) Yekun Dövlət Attestasiyasının nəticələri,
3) Cari məsələlər

________________________________________________________________________________________________________________________________________________________________________________________________________

08 iyun 2023-cü il tarixli iclas

Gündəlikdəki məsələlər:

1) Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasında boş olan 2x1 ştat dosent, Yarımkeçiricilər fizikası kafedrasında boş olan 1 ştat dosent, Optika və molekulyar fizika kafedrasında boş olan 1 ştat dosent, Bərk cisimlər fizikası kafedrasında boş olan 0.5 ştat dosent vəzifələrini tutmaq üçün seçkinin keçirilməsi,
2) Nanomaterialların kimyəvi fizikası kafedrasında boş olan kafedra müdiri vəzifəsini tutmaq üçün seçkinin keçirilməsi,
3) Cari məsələlər

________________________________________________________________________________________________________________________________________________________________________________________________________

12 may 2023-cü il tarixli iclas

Gündəlikdəki məsələlər:

1) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Gələcəyin alimləri” adlı tələbələrin VIII Respublika elmi konfransının təşkili və keçirilməsi, hazırlıq işlərinin vəziyyəti,
2) Doktorantların attestasiyası,
3) Kafedra seminarlarının keçirilməsi,
4) Açıq dərslərin keçirilməsi,
5) Cari məsələlər

________________________________________________________________________________________________________________________________________________________________________________________________________

31 mart 2023-cü il tarixli iclas

27 fevral 2023-cü il tarixli iclas

Gündəlikdəki məsələlər:

1) Fizika Fakültəsində 2022-ci ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatı
2) 2022/2023-cü tədris ilinin qış imtahan sessiyasının nəticələri
3) Doktorantların attestasiyası
4) İxtisas fənni üzrə fəlsəfə doktoru imtahan proqramının müzakirəsi
5) Cari məsələlər

________________________________________________________________________________________________________________________________________________________________________________________________________

07 fevral 2023-cü il tarixli iclas

Gündəlikdəki məsələlər:

1) Astrofizika kafedrasında boş olan baş müəllim vəzifəsini tutmaq üçün seçkinin keçirilməsi,
2) Cari məsələlər

________________________________________________________________________________________________________________________________________________________________________________________________________

30 sentyabr 2022-ci il tarixli iclas

Gündəlikdəki məsələlər:

  1. 1-ci kursa qəbulun nəticələri,
  2. Yay məktəbinin imtahan sessiyasının nəticələri,
  3. 2022-2023-cü tədris ilində qarşıda duran vəzifələr,
  4. Fakültə Elmi Şurasının 2022-2023-cü tədris ili üçün iş planının təsdiqi,
  5. Nəzəri fizika, Maddə quruluşu, Fiziki elektronika və Yarımkeçiricilər fizikası kafedraları üzrə boş olan professor-müəllim vəzifələrini tutmaq üçün seçkinin keçirilməsi
  6. Cari məsələlər

________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Fizika fakültəsi Elmi Şurasının 2021-2022-ci tədris ilində keçirilmiş iclasları

1 oktyabr 2021-ci il tarixli iclas 

Gündəlikdəki məsələlər:

1.Blackboard platformasında dərslərin təşkili

2.Cari məsələlər:

  • AZMİU “Fizika” kafedrasının “2211.01 – B/c fizikası” ixtisası üzrə dissertant Rəfiyev N.M əlavə proqram müzakirəyə təqdim olunub. Təsdiq olunsun.
  • “Maddə quruluşu” kafedrasının fəlsəfə doktoru proqramının doktorantı Şahbazova G.M - əlavə proqram müzakirəyə təqdim olunub. Təsdiq olunsun.
  • “Nəzəri fizika” kafedrasının fəlsəfə doktoru proqramının doktorantı Ömərova E.Ş 2212.01 – nəzəri fizika ixtisasından əlavə proqram müzakirəyə təqdim olunub. Təsdiq olunsun.
  • AMEA-nın “ 2211.01 – B/c fizikası” ixtisası üzrə - Xanməmmədova E.Ə - əlavə proqram – Təsdiq olunsun.
  • Fakültənin dissertantı Əhmədova Ə.R “ 2211.01 – B/c fizikası” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün e/r: prof. R.C.Qasımova və prof. Ə.M.Məmmədov, mövzu “Lazer şüalanması tezliyinin çevrilmə effektivliyinə kvadratik və kubik qeyri-xətti birləşmələrdə faza effektlərinin təsiri”. Təsdiq olunsun.
  • “Maddə quruluşu” kafedrasının prof. E.Mənsimov və dos. Prudko V. rus dilində “Optika” dərs vəsaitinin bakalavr pilləsində təhsil alan tələbələr üçün çap olunması tövsiyə olundu.
  • “Nəzəri fizika” kafedrasının magistrantının mövzusu və e/r dəyişdirilsin: e/r dos. A.Əhmədov, adı “mezon proton toqquşmasında fotonun birbaşa yaranması” təklif olunur. Təsdiq olundu.
  • “Ümumi fizika və fizikanın tədrisi metodikası” kafedrasının dissertantura yolu ilə doktorantı dos. Q.Daşdəmirovun dissertasiya mövzusu “Optik aktiv halkogenidlərdə termik və optik xassələrinin formalaşmasına kation-kation əvəzlənmələrinin təsiri” kimi təsdiq olunsun.
  • Surxaylı Əfsanə Etibar q. - əyani doktoranturadan qiyabi formaya keçirilsin. - “Maddə quruluşu” kafedrası

________________________________________________________________________________________________________________________________________________________________________________________________________

29 dekabr 2021-ci il tarixli iclas

Gündəlikdəki məsələlər:

  1. 2021-2022-ci tədris ilinin payız semestrində tədris prosesinin yekunu və imtahan sessiyasına hazırlıq prosesinin vəziyyəti
  2. Şifahi keçiriləcək imtahan komissiyalarının tərkibinin müəyyənləşdirilməsi
  3. Magistr dissertasiyalarının mövzularının və elmi rəhbərlərin təsdiqi
  4. IV kurs bakalavr buraxılış mövzularının və elmi rəhbərlərin təsdiqi
  5. Elmi hesabat
  6. Cari məsələlər                                                     

________________________________________________________________________________________________________________________________________________________________________________________________________

27-28 yanvar 2022-ci il tarixli iclas

Gündəlikdəki məsələlər:

  1. Kafedra müdirlərinin seçkisi

________________________________________________________________________________________________________________________________________________________________________________________________________

24 fevral 2022-ci il il tarixli iclas

Gündəlikdəki məsələlər:

1. fakültənin 2021-ci il üçün elmi hesabatı,

2. Qış imtahan sessiyasının nəticələrinin müzakirəsi 

3. Cari məsələlər

________________________________________________________________________________________________________________________________________________________________________________________________________

21 aprel 2022-ci il tarixli iclas

Gündəlikdəki məsələlər:

  1. Konfransların təşkili və keçirilməsi, hazırliq işlərinin vəziyyəti
  2. Buraxılış işləri və magistr dissertasiyalarının vəziyyəti
  3. Cari məsələlər                                                                                                                                                                      

_____________________________________________________________________________________________________________________________________________________________________________________________________   

07 iyul 2022-ci il tarixli iclas

Gündəlikdəki məsələlər:

  1. Yay imtahan sessiyasının nəticələri;
  2. Yekun Dövlət Attestasiyasının nəticələri;
  3. Kafedralarda boş olan yerlərə seçkilərin keçirilməsi;
  4. Cari məsələlər
Əlaqə
Bakı Dövlət Universiteti, əsas bina 3-cü mərtəbə, 319-cu otaq, Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33, AZ 1148
Tel.: 994125390523 [email protected] Bütün hüquqlar qorunur. Bakı-2023
Rektora müraciət

Əziz tələbələr, Rektora sualınız, təklifiniz yaxud şikayətiniz varsa, müraciət edə bilərsiniz.

Rektora müraciət